Hava

Hava kəskin DƏYİŞİR - Gecəyə doğru fırtına və şimşək OLACAQ

2 Aprel 2026 10:29
Baxış: 1 079
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxt və yarımada ərazisində aprelin 2-də hava şəraiti qeyri-sabit keçəcək. Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə buludlu hava üstünlük təşkil edəcək. Gün ərzində əsasən yağmursuz hava ehtimal edilsə də gecə saatlarında bəzi ərazilərdə yağış yağacağı gözlənilir.

Milli.Az bildirir ki, səhər saatlarında duman olacağı və mülayim cənub-qərb küləyinin əsəcəyi bildirilir.

Bakıda gecə saatlarında temperatur 10-12 dərəcə isti təşkil edəcək. Gündüz isə havanın 14-18 dərəcəyə qədər isinəcəyi proqnozlaşdırılır. Atmosfer təzyiqi normadan yüksək olsa da 762 mm-dən 758 mm-ə qədər enəcək. Rütubət səviyyəsi isə 70-80 faiz ətrafında dəyişəcək.

Rayonlarda da oxşar vəziyyət müşahidə olunacaq. Əksər bölgələrdə havanın yağmursuz keçəcəyi deyilsə də gecəyə doğru yağıntı və şimşək ehtimalı var. Dağlıq ərazilərdə gündüz temperatur 17 dərəcəyə çatacaq. Aran rayonlarında isə termometrlər 25 dərəcəyə qədər yüksələcək. Səhər duman olacağı üçün sürücülərin yollarda diqqətli olması tövsiyə edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.