Kəlbəcərə yola salınan növbəti köç karvanı rayon mərkəzinə çatıb.
Milli.Az xəbər verir ki, bu mərhələdə şəhərə 27 ailənin (113 nəfər) qayıdışı təmin edilib.
Kəlbəcərə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Milli.Az
_______________
Saat - 11:55
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb.
Milli.Az xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə (113 nəfər) köçürülür.
Kəlbəcərə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir./Report
Milli.Az





