Siyasət

Prezident İlham Əliyev: Orta Dəhliz hər birimizin marağına cavab verir

2 Aprel 2026 14:24
Baxış: 360

Ölkələrimizdən (TDT-yə üzv ölkələr) keçən Orta Dəhliz hər birimizin marağına cavab verir.

Milli.Az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən səsləndirib.

Xüsusilə indiki geosiyasi vəziyyətdə Orta Dəhliz, Trans-Xəzər dəhlizi, Zəngəzur dəhlizi, bu istiqamətdə olan digər layihələrin daha böyük önəm daşıdığını söyləyən dövlətimizin başçısı bildirib ki, Azərbaycan ərazisində işlərin böyük hissəsi artıq görülüb. Həm dəmir yolları, Bakı Ticarət Limanı, bizim avtomobil yollarımız, hava limanlarımız - bütün nəqliyyat infrastrukturu hazır vəziyyətə gətirilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.