Bu tələbələr üçün yeni imkan yaradıldı - RƏSMİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycan Tibb Universitetində təhsil alan tələbələr üçün belə bir klinikanın açılması çox ciddi mərhələdir. Ən böyük dəyişiklik ondan ibarətdir ki, tələbələr praktiki təcrübəni real pasiyent üzərində, klinik mühitdə öyrənəcəklər".
Milli.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində yaradılan yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının baş həkimi Dilqəm Məmmədov açıqlayıb.
Baş həkim qeyd edib ki, tibbdə ən vacib məsələlərdən biri də praktikadır. Tələbələr universitet dövründə klinik təcrübə keçsələr də, müasir və yaxşı təşkil olunmuş klinika onların bu imkanlarını daha da genişləndirir.
D.Məmmədov bildirib ki, klinikada tələbələr xəstələrin müayinəsində iştirak edir, həkimlərin qərarvermə prosesini canlı izləyir, müasir tibbi avadanlıqlarla və komanda şəklində işləməyi mənimsəyir. Bu isə onların gələcəkdə daha hazırlıqlı həkim kimi formalaşmasına ciddi təsir edir.
"Ən vacib məqamlardan biri də odur ki, tələbələr erkən mərhələdən cərrahi və klinik prosesləri görürlər. Onlar əməliyyatlara asistent kimi qatılırlar, pasiyentin əməliyyata hazırlanmasını və sonrakı bərpa prosesini izləyirlər, rekonstruktiv və estetik əməliyyatların fərqini praktik olaraq öyrənirlər.
Bu təcrübə kitabda oxunan bilikdən çox daha təsirlidir və yadda qalıcı olur. Bundan əlavə, belə klinika tələbələrə öz sahəsini daha tez seçmək (məsələn, plastik cərrahiyyə, terapiya və s.), gələcəkdə rezidenturaya daha hazır, beynəlxalq səviyyədə rəqabət qabiliyyətli olmaq imkanı verir. Ümumiyyətlə, ATU-da təhsil yalnız nəzəri deyil, həm də klinik baza üzərində qurulduğu üçün bu cür mərkəzlər tələbələrin inkişafında əsas rol oynayır".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub - (Foto)
-
Faciəvi şəkildə ölən Elçinin (Fotosu)
-
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Kəmaləddin Heydərovdan yeni təyinatlar
-
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
-
Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi
XƏBƏR LENTİ
-
Bakıda ət kombinatının ərazisində yanğın oldu
-
Yaşa, Xəzər! Dənizin dərinliklərindən art-dizayna və qarakürüyə qədər – Fly to Baku. Art Weekend - (Foto)
-
Şəkidə avtomobil dərəyə aşdı - Ölən və yaralananlar var
-
“Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edir
-
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
-
Göygöldə ağır qəza - Yaralananlar var
-
Tramp Zelenskini G20 sammitinə dəvət edəcək
-
Klassik duş kabinləri tarixə qovuşur: Hamamlarda yeni nəsil təmizlik və dizayn dövrü
-
Paket çaylarda mikroplastik təhlükəsi: Tək bir fincana 2500 hissəcik keçir
-
2026-cı ilin payızının 11 dəbli qısa saç kəsimi
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Üzün bir tərəfi niyə daha tez qocalır?
-
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
-
Ev açarlarını bu 3 yerə qoymayın
-
Çayın acılığını və bulanıqlığını yox edir: Dəmliyə 2 ədəd atmaq kifayətdir
-
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
-
Günün qoroskopu: Tərəfdaşlıq və ya müqavilə imzalaya bilərsiniz
-
Cəmil Kamilliyə və Elşad Məmmədliyə vaxtından əvvəl xüsusi rütbə verildi - (Foto)
-
Fransada etiraz aksiyalarında 422 nəfər saxlanılıb
-
Nanə Ağamalıyeva uzun aradan sonra - (Foto)
-
İki cüdoçumuz Avropa çempionu olub
-
Röya tanınmaz obrazda - (Foto/Video)
-
Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub - (Foto)
-
Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir - (Foto)





