Ermənistan

Ermənistan gözəli - “Ata tərəfim Ərzurumdan, ana tərəfim Ərdahandandır”

7 Aprel 2026 19:49
Baxış: 551
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən il "Miss Ermənistan" gözəllik yarışmasının qalibi olmuş Anuş Ağabalyan mediaya müsahibəsində əsil-nəcabətinin Türkiyədən olduğunu açıqlayıb.

Milli.Az Modern.az-a istinadən xəbər verir ki, Anuş Gürcüstanın Cavaxetiya bölgəsinin Axalkələk rayonunun Zakvi kəndində doğulub böyüdüyünü bildirib. O, hazırda Tbilisi Dövlət Universitetində ingilis dilində ali təhsil aldığını qeyd edib.

"Uşaqlıqdan nənəm və babamdan köklərimiz haqqında çox şey eşitmişəm. Ata tərəfdən ailəmiz Ərzurumun Kampir kəndindən, ana tərəfdən isə Ərdahanın Vel kəndindən köçüb", - deyə Anuş Ağabalayan qeyd edib.

"Vətənə xidmət etməliyəm və bunu model sahəsindəki fəaliyyətimdə görürəm - bu sahə vasitəsilə erməni mədəniyyətini dünyaya təqdim edə bilirəm", - Ağabalyan əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.