Hadisə, Kriminal

Tovuzda qaçırılan 19 yaşlı qızın nənəsi: "Valideynləri razı deyildilər" - YENİLƏNİB

7 Aprel 2026 19:26
Baxış: 1 188
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Tovuzda qaçırılan qızın nənəsi və oğlanın atası açıqlamalar veriblər.

Milli.Az xəbər verir ki, qaçırılan qızın nənəsi Elminaz Cəfərova "Teleqraf"a bildirib ki, nəvəsi qaçmağa razılıq verməyib:

"Bir-birilərini yeni tanımışdılar. Qız razılıq verməyib, oğlan zorla qaçırıb. Qızın valideynləri də razı deyildilər. Qız bizə qonaq gəlib-gedirdi".

Oğlanın atası Cəlal Məmmədov isə bildirib ki, hər ikisi bir-birilərini seviblər: "Birlikdə şəkilləri var. Qızı tort almaq adı ilə aparıb. Bizdə qız qaçırmaq adəti var".

----------

Tovuzda adam oğurluğunda şübhəli bilinən şəxslər saxlanılıb.

Milli.Az xəbər verir ki, aprelin 3-də Tovuz Rayon Polis Şöbəsinə rayon sakini olan 19 yaşlı xanımın evlənmək məqsədilə zorla qaçırılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə xanımın yeri müəyyən edilərək ailəsinə təhvil verilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri - 32 yaşlı Nemət Məmmədov, onun qardaşı 34 yaşlı İsmət Məmmədov, həmkəndliləri 38 yaşlı Elmar Abdıyev və 42 yaşlı V. Tağıyeva saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanaraq onlar cinayət məsuliyyətinə cəlb olunublar. İstintaq araşdırmaları davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.