Duşdan sonra qurulanmaq işgəncəyə çevrilir? Dəsmalların niyə suyu hopdurmadığı və bir müddət sonra niyə sərtləşdiyi bəlli olub.
Milli.Az xəbər verir ki, dəsmallarınız suyu çəkmək əvəzinə, bədəninizdə sadəcə "gəzir"? Yumşaq olsun deyə etdiyimiz geniş yayılmış səhv dəsmalların ömrünü bitirir. Bir çox insan yeni aldığı dəsmalın bir neçə yumadan sonra niyə sərtləşdiyini və suyu hopdurma qabiliyyətini itirdiyini bilmir. Ekspertlərə görə, problem dəsmalın keyfiyyətindən çox, yuma zamanı tətbiq etdiyimiz "səhv qulluq" rutinlərində gizlidir.
Dəsmalların əmiciliyini itirməsindəki ən böyük günahkar paradoksal olsa da, paltar yumşaldıcılarıdır. Yumşaldıcılar dəsmal liflərinin üzərini su keçirməyən nazik bir təbəqə ilə örtür. Bu təbəqə dəsmalı yumşaq hiss etdirsə də, suyun liflərə nüfuz etməsinə mane olur.
Nəzərə almalı olduğunuz digər səhvlər:
Aşağı temperatur: Soyuq su liflər arasında yığılan yağı və kiri tamamilə təmizləyə bilmir.
Həddindən artıq istilik: Qurutma maşınında və ya ütüdə tətbiq olunan yüksək temperatur təbii lifləri yandıraraq sərtləşdirir.
Lifləri "canlandırmaq" üçün sirkə möcüzəsi
Dəsmallarınızı az miqdarda yuyucu tozla, yumşaldıcı istifadə etmədən ilıq suda yuyun. Durulama mərhələsində maşına bir stəkan ağ sirkə əlavə edin. Sirkə liflərin üzərindəki kimyəvi qalıqları parçalayaraq dəsmalı köhnə formasına qovuşduracaq.
Dəsmal seçərkən "etiketə" diqqət!
Əgər yeni bir dəsmal alacaqsınızsa, mikrofiber və ya aşağı keyfiyyətli sintetik qarışıqlardan uzaq durmalısınız. Bu materiallar suyu hopdurmaq əvəzinə onu kənara itələyir və qısa müddətdə pis qoxu yaratmağa başlayır.
Seçim zamanı baxmalı olduğunuz 3 vacib göstərici:
Material: Həmişə 100% pambıq, bambuk və ya kətan qarışıqlı təbii liflərə üstünlük verin.
Sıxlıq (GSM): Dəsmalın sıxlığı onun su çəkmə qabiliyyətini müəyyən edir.
Toxunuş: Təbii lifli dəsmallar həm uzunömürlü, həm də ən yüksək əmicilik qabiliyyətinə malikdir.
Lalə Qüdrətova
Milli.Az





