Estetik əməliyyatla dəyişən MƏŞHURLAR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Maqazin dünyasında etdirdikləri estetik əməliyyatlarla tamamilə fərqli bir görünüşə sahib olan məşhur simalar illərdir müzakirə olunur. Kimisi bunu gizlətməyib, kimisi isə dəyişimi ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, burun estetikası, üz dolğusu, botoks və çənə xətti kimi prosedurlar türk məşhurları arasında ən çox üstünlük verilən estetik tətbiqlərdir.
Seda Sayan, İrem Derici, Demet Akalın, Serdar Ortaç və Gülben Ergen estetik prosedur etdirdiklərini açıq şəkildə bəyan ediblər. Estetik əməliyyatlar artıq sadəcə məşhurlar arasında deyil, cəmiyyətin bir çox təbəqəsində yayğınlaşıb. Məşhurların etdiyi bu əməliyyatlar maqazin gündəminin adi başlıqlarından birinə çevrilib.
Seda Sayan
Türkiyə televiziyalarının ən çox danışılan simalarından olan Seda Sayan etdirdiyi əməliyyatları gizlətməyən şəxslərin başında gəlir. İllər ərzində bir çox prosedur etdirdiyini deyən Sayan gənc görünməyin qulluq tələb etdiyini bildirir.
Ceylan
Müğənni Ceylan da dəyişimi ən çox müzakirə olunanlardan biridir. Sosial mediada onun köhnə fotoşəkilləri ilə yeni görüntüsü tez-tez müqayisə edilir.
Ajda Pekkan
"Superstar" ləqəbli Ajda Pekkan illərdir gənc görünüşü ilə diqqət mərkəzindədir. Pekkan estetik iddialarına qarşı sağlam həyat tərzi və baxımı əsas gətirsə də, dəyişimi daim danışılır.
İrem Derici
Pop musiqisinin güclü səslərindən olan İrem Derici burun estetikası etdirdiyini açıqlayıb. Məşhur müğənni həmçinin zaman-zaman estetiklə bağlı zarafatyana paylaşımlar da edir.
Demet Akalin
Müğənni Demet Akalın da illər ərzindəki dəyişimi ilə diqqət çəkən simalar arasındadır və bəzi prosedurlar etdirdiyini etiraf edib.
Serdar Ortaç
Pop musiqisinin tanınmış siması Serdar Ortaç isə saç əkdirmə proseduruna müraciət edən məşhurlardan biridir.
Kuşum Aydin
Sənətçi Kuşum Aydın etdirdiyi prosedurlardan sonrakı halını sosial media hesabında paylaşaraq gündəmə gəlib.
Bülent Ersoy
Sənət musiqisinin divası Bülent Ersoy da illər ərzində etdirdiyi estetik əməliyyatlarla tez-tez adından söz etdirən simalardandır.
Gülben Ergen
Müğənni və aparıcı Gülben Ergen də estetik etdirdiyini açıqlayan məşhurlar sırasındadır.
Linet
Müğənni Linet isə dəyişimi ilə zaman-zaman maqazin gündəmində yer alan digər bir simadır.
Mütəxəssislərin fikrincə, estetik əməliyyatlar artıq sadəcə məşhurlar arasında deyil, cəmiyyətin bir çox kəsimində yayılıb. Məşhur simaların bu prosedurlar haqqında açıq danışması da bu mövzuya olan baxışın dəyişməsinə töhfə verir. Maqazin dünyasında məşhurların dəyişimləri isə hər zaman olduğu kimi böyük maraq toplamağa davam edir. /Lent.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





