Şou-biznes

“Yeraltı”da yeni sima - hər şey dəyişir - FOTO

7 Aprel 2026 00:54
Baxış: 354
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə bu ilin ən çox müzakirə olunan və geniş auditoriya qazanan layihələrindən biri olan "Yeraltı" serialı artıq çərşənbə axşamlarının fenomeninə çevrilib. 

Layihədə Devrim Özkan, Deniz Can Aktaş, Sümeyye Aydoğan və Uraz Kaygılaroğlu kimi tanınmış simaların bir arada çıxış etməsi ekran qarşısında marağı daha da artırır.

Milli.Az bildirir ki, serialın aktyor heyətinə daha bir maraqlı ad - aksiyon səhnələrindəki uğurlu performansları ilə tanınan Murat Göçmez daxil olur. Onun iştirakı ilə süjetin daha da gərginləşəcəyi və yeni dramatik xətlərin açılacağı artıq indidən böyük maraq doğurur.

Cengiz serialda yeni bir intiqam hekayəsinin mərkəzində duran obraz kimi təqdim olunacaq. Bu isə o deməkdir ki, "Yeraltı"nın onsuz da gərgin olan atmosferi daha da qızışacaq, hadisələr yeni istiqamət alacaq.

Yeni obrazı canlandıracaq Murat Göçmez bu seriala qədər "Ufak Tefek Cinayetler", "Atiye", "Barbaroslar" və "Gelsin Hayat Bildiği Gibi" kimi məşhur layihələrdə rol alıb. (Musavat.com)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.