Göy cisimlərinin hərəkəti, bürclərin xarakterimizə təsiri deyərkən, gəlin bu dəfə məsələyə daha ləzzətli bir tərəfdən baxaq. Əgər bürclər bir meyvəyə çevrilsəydi, görəsən, hansı bürc hansı dadı verərdi? Budur, xarakterinizi ən yaxşı əks etdirən o meyvələr:
QOÇ: Nar
Qoç bürclərinin kənardan baxdıqda sərt və qoruyucu bir qabığı var, amma onu bir dəfə açdınızmı, içi bir o qədər şirin və dənə-dənədir - eynilə nar kimi! Qoçun bitmək bilməyən enerjisi və "mən buradayam" deyən hakim xarakteri narın o cəlbedici qırmızısında gizlənir desək, yanılmarıq. Onların daxillərində daşıdıqları və qəfil üzə çıxardıqları gizli istedadları da qabığına sığmayan nar kimidir.
ŞİR: Manqo
Günəşin meyvə halı desək, yəqin ki, yanılmarıq. Manqo həm ekzotikdir, həm də daxil olduğu hər mühitdə öz varlığını hiss etdirən "kraliça meyvə" kimi seçilir - eynilə hər yerdə özündən bəhs etdirən Şirlər kimi. Şirin özünəinamı və parıltısı bu meyvənin qızılı-sarı rəngində və toxumasında gizlənib. Manqonun fərqli, ovsunlayıcı və əvəzolunmaz bir aurası var - nə təsadüf ki, Şir bürcləri də məhz belədir!
OXATAN: Ananas
Meyvə dünyasının səyyahı deyəndə ağla ilk olaraq tropik möcüzə - ananas gəlir. Həm şirin, həm turş, bir az sərt, amma çox xarakterik. Oxatan bürcünün kəşf etmə arzusu və sərhəd tanımayan enerjisi ananasın o özünəməxsus, azad forması ilə tam üst-üstə düşür. Üstəlik, Oxatanlar da ananas kimi ölkə-ölkə gəzməyi sevirlər!
BUĞA: Çiyələk
Həzz, estetika və damaq dadı deyiləndə ağla ilk gələn çiyələk və Buğa bürcüdür. Buğanın o rahatlıq düşkünü və romantik ruhu çiyələyin cəlbedici qoxusu və zərif görünüşü ilə sanki bir bütöv təşkil edir. Buğalar meyvə olsaydı, şübhəsiz ki, ən qırmızı və ən şirin çiyələk olardılar.
QIZ: Alma
Sadə, faydalı və hər zaman qüsursuz. Qız bürcünün nizamlı və praktik zəkası, hər fəslin xilaskarı olan, hər dişləmdə sağlamlıq və intizam vəd edən sərt almanı xatırladır. Alma kimi hər ehtiyac duyulduğunda orada olan Qızlar ən çətin şəraitdə belə özlərini göstərməkdən çəkinmirlər.
OĞLAQ: Heyva
Qışın favoriti olan heyva dərhal yeyilməz, səbir istər. Eynilə Oğlaq bürcü kimi. Onlar əvvəlcə bir az məsafəli və soyuqdurlar, amma əmək verib yaxınlaşdığınızda dünyanın ən kübar ləzzəti ilə qovuşmuş olursunuz. Oğlaqların ciddiyəti və zamana yayılan uğuru heyvanın o ağır xarakterik dadı ilə tam uyğunlaşır.
ƏKİZLƏR: Gilas
Əsla tək olmaz, həmişə cüt gəzər! Gilasın o şən, qıvraq və rəngarəng quruluşu Əkizlərin "sosial kəpənək" ruhunu təmsil edir. Zaman-zaman dəyişkən halları ilə tanınan bu bürcün insanları bir saplaqda iki, bəzən üç meyvə daşıyan gilas kimidir. Yay enerjisindən qidalanan Əkizlər üçün gilasdan daha yaxşı tərəfdaş ola bilməzdi.
TƏRƏZİ: Şaftalı
Mükəmməl bir balans, yumşaq toxunuş və məxməri hiss... Tərəzinin o diplomatik, uyğunlaşan və göz oxşayan zərifliyi tam vaxtında yetişmiş sulu şaftalının hüzur verən dadı kimidir. Şaftalılar kimi, Tərəzilər də kənardan insanları özlərinə çəkib, içlərindəki şirinliyi zamanla yayırlar.
DOLÇA: Qaragilə
Kiçik, fərqli və qeyri-adi. "Sürüdən ayrılan" quruluşu ilə qaragilə Dolça bürcünün uzaqgörən və azad ruhunu simvolizə edir. Ən fərqli olmaq, hətta bəzən başqaları tərəfindən anlaşılmamaq qaragilənin və Dolçaların ortaq taleyidir. Yenə də onların qiymətini bilənlər onlardan əsla vaz keçmirlər.
XƏRÇƏNG: Qarpız
Xərçəngin o qayğıkeş, qoruyucu və əslində çox həssas olan qəlbi yay fəslinin o sərinləşdirici və səmimi qarpız dilimləri kimidir. Qarpızın içi kimi sulu olan gözləri hər an ağlamağa hazırdır. Onlar ən xırda şeydən belə təsirlənib duyğusallaşa bilərlər. Xarici təsirlərə açıq olmaları və daxillərində barındırdıqları o böyük dünya ilə Xərçəng və qarpız ruh əkizidirlər.
ƏQRƏB: Gavalı
Tünd rəngli, sirli və dərin bir dada malik tünd bənövşəyi gavalı üçün Əqrəbdən daha uyğun bir bürc düşünülə bilməzdi. Onların ilk baxışda nə hiss etdiyini anlamazsınız, amma dadına baxanda o ehtiraslı və güclü aromanı alarsınız. Əqrəblərin cazibədar sirri gavalının tünd bənövşəyi rəngi ilə tam örtüşür.
BALIQLAR: Üzüm
Salxım-salxım, duyğusal və xəyalpərəst. Su dolu dənələri ilə üzüm, Balıq bürcünün o empatik və bəzən melanxolik, amma hər zaman ruhu bəsləyən şəfalı yanını təmsil edir. Göz yaşları hər an süzülməyə hazır olan Balıqların həssaslığı ilə üzümün o dolğun quruluşu bir-birinə çox bənzəyir.
Səkinə Yusifova
Milli.Az





