"Patoloji saç tökülməsi insanın başını hansı şampunla yuması ilə heç cür əlaqəli deyil".
Milli.Az xəbər verir ki, bu barədə rusiyalı dermatoveneroloq Eduard Buçarov deyib.
"Şampun keçəlliyin səbəbi deyil. O, tərkibinə görə konkret insan üçün uyğun olmaya bilər, qıcıqlanma yarada bilər, lakin patoloji saç tökülməsinin mexanizmi daha dərin proseslərlə bağlıdır", - deyə həkim açıqlamasında bildirib.
E.Buçarov əlavə edib ki, problemin kökünü saç follikullarının vəziyyətində axtarmaq lazımdır:
"Follikullar dərinin altında yerləşdiyi üçün şampun onlara təsir edə bilmir. Hətta yuyucu vasitədə aqressiv maddələr olsa belə, onlar follikulların fəaliyyətinə təsir göstərmir və patoloji saç tökülməsinə səbəb olmur".
Milli.Az





