“Ən çox basqı onlardadır”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qarabağ" Misli Premyer Liqasının 26-cı turunda Tofiq Bəhramov adına Respublika Stadionunda "Karvan-Yevlax"ı 7:0 hesabı ilə məğlub edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Adətən "Qarabağ" çempionatda dominant olur, rəqiblərini qabaqlayır və bu qədər xal fərqi ilə geriyə düşmür. Belə olan halda komanda vəziyyətə daha başqa cür reaksiya verməlidir. Bu mənada, komanda hazırkı durumda necə reaksiya verməlidirsə, onu verə bilir?
- Əlbəttə ki, verir. Komandada xatakter olmasa, nəticələr olmazdı. Çünki uğursuz seriyamız olub, sonra geridönüş edə bilmişik. Amma alınmayan vaxtlar da olub. Daxili problemlər olub, futbolçuların çoxu istədiyimiz formada olmayıblar. Futbolçuların potensialı var, təcrübəli komandayıq. Sona kimi çalışırıq ki, qələbə qazanaq. "Sabah" yaxşı balanslaşmış komandadır. "Neftçi", "Zirə", "Turan Tovuz" oyunlarını yaxşılaşdırıblar, stabil oyun və nəticə göstərirlər. Hər oyuna hazır olmalıyıq. Çalışmalıyıq ki, nəticə vermək üçün düz nədirsə, ondan əl çəkməyək.
- Hakimlik məsələsi çox danışılır. Çempionatın bu vəziyyətinə hakimliyin nə dərəcədə təsiri var?
- Fikir bildirmək bəlkə düzgün deyil. Amma ümumən kənardan nə görünür? Hakimlər bilmirlər nə qərar versinlər. Bilmirəm tələb çoxdur, yoxsa dünya futbolunda da hansı yeni qaydalar olur. Hakimlər bir az tərəddüd içindədirlər. Məndə də olur, bəzən təcrübəsiz futbolçudan oyunun gedişatında çox şey tələb edirəm. Bəzən görürsən ki, təcrübəsizlik ona mane olur. Birində düz edir, o birində yox. Bir qayda olmalıdır. Futbolun dili birdir, hakimliyin də. Ola bilər tam formalaşmaq lazımdır. Bizim öz hakimlik məktəbimiz olmalıdır. Avropa nə qədər desə də, bizim də öz dəst-xəttimiz, qanunlarımız olmalıdır. Hakimlər sanki bir az təzyiq altındadır. Allah köməkləri olsun. Çünki ən çox müzakirə olunan onlardır, basqı onlardadır. Allah işlərini asanlaşdırsın.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"İnter"li Markus Turam: "Mən Leaoyam, "Qalatasaray"da oynayıram" - (Video)
-
Medvedev diskvalifikasiya olundu - Bu hərəkətinə görə - (Video)
-
"Con Duran "Gəl, məşqə gedək" deyəndə, "Yox, onsuz da varlıyam" deyirdi"
-
Kriştianu Ronaldu dəyişib belə oldu - (Foto)
-
Millətlər Liqası: Fransa Belçikanı darmadağın etdi, Türkiyə yenə məğlub oldu
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
XƏBƏR LENTİ
-
Sosial müavinətlə bağlı yeni xəbər - 179 min nəfər...
-
Bakıda bu qəsəbəyə taksi gəlmir - Səbəb nədir?
-
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı
-
Ofeliya Sənani xəstəxanaya yerləşdirildi
-
“Bu, Amerika üçün böyük gün olacaq”
-
Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq (Foto)
-
Azad Bayramov vəfat etdi
-
"İnter"li Markus Turam: "Mən Leaoyam, "Qalatasaray"da oynayıram" - (Video)
-
Moskvaya PUA hücumu: 1 nəfər ölüb, 6 nəfər yaralanıb
-
Mağazadan alınan yumurtanın içindən cücə çıxdı
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı
-
"“Flydubai” hadisəsinə görə İran məsuliyyət daşıyır"
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)
-
Allahşükür Paşazadənin 40 il əvvəlki görüntüləri yayıldı - (Video)
-
Medvedev diskvalifikasiya olundu - Bu hərəkətinə görə - (Video)
-
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
-
Rusiyanın kəndləri boşalır: 20 milyon hektar torpaq istifadəsiz qalıb
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
XİN-dən vurulan gəmi ilə bağlı açıqlama
-
Qaxda "prava"sız sürücü qəza törətdi: 1 ölü, 4 yaralı var - (Video)
-
14 yaşlı qızın görüntülərini yayan şəxslə bağlı qərar verildi
-
"Con Duran "Gəl, məşqə gedək" deyəndə, "Yox, onsuz da varlıyam" deyirdi"
-
Əli Əsədov yeni qərar imzaladı
-
Mühafizə olunan duracaqlarla bağlı qayda dəyişdi





