7 iddia, 7 cavab: İnsanlar əslində Aya heç getməyib?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tarixi Artemis II uçuşu bəzi köhnə mübahisələri yenidən gündəmə gətirib. Sosial mediada bir çox insan 1969-cu ildə "Apollo 11" missiyası ilə Aya gedilmədiyini və hər şeyin saxta olduğunu iddia edir.
Milli.Az həmin iddialar və onların elmi izahlarını təqdim edir:
Radiasiya qatını keçmək qeyri-mümkün idi
Yer kürəsini əhatə edən yüksək enerjili hissəciklərdən ibarət Van Allen radiasiya qurşaqlarını insanların keçə bilməyəcəyi deyilir.
Həqiqət: "Apollo 11" mühəndisləri bunu öncədən nəzərə alaraq kosmik gəmini alüminium qabıqla izolyasiya etmişdilər. Həmçinin, bu qurşaqlarda keçirilən vaxtı minimuma endirən xüsusi trayektoriya seçilmişdi. Astronavtların məruz qaldığı radiasiya dozası rentgenoloqların məruz qaldığı dozadan cəmi 10 dəfə çox olub ki, bu da insan həyatı üçün qısa müddətdə ölümcül deyil.
Ayda bayraq necə dalğalandı?
Ayda atmosfer (hava) yoxdursa, Amerika bayrağı fotolarda necə dalğalanır?
Həqiqət: NASA bayrağın sallanmaması üçün dirəyin yuxarı hissəsinə üfüqi bir çubuq əlavə etmişdi. Astronavtlar dirəyi yerə sancarkən həmin çubuğu təsadüfən bükdükləri üçün parça qırışmış və hərəkət edirmiş kimi görünmüşdü. Şəkillər bayraq hələ vibrasiya edərkən çəkildiyi üçün bu effekt yaranıb.
Ulduzlar niyə görünmür?
Ayda çəkilən fotolarda göy üzü qapqaradır, ulduzlar isə yoxdur.
Həqiqət: Astronavtlar Ayın gündüz vaxtı (günəşli vaxt) eniş etmişdilər. Ayın səthi çox parlaq olduğu üçün kameraların çəkiliş sürəti (deklanşör hızı) çox yüksək tənzimlənmişdi. Bu sürət ulduzların zəif işığını tutmaq üçün kifayət deyildi.
Videoları Stenli Kubrik studiyada çəkib?
Məşhur rejissor Kubrikin "hər şeyi mən çəkmişəm" dediyi bir etiraf videosu var.
Həqiqət: Bu iddia 2015-ci ildə çəkilən "Shooting Kubrick" adlı saxta sənədli filmə əsaslanır. Videodakı şəxs Kubrik deyil, Tom Mayk adlı aktyordur.
Görüntülər Yerdə çəkilib, ağır çəkiliş (slow-motion) kimi təqdim olunub?
Ayda aşağı qravitasiyanı imitasiya etmək üçün Yerdəki çəkilişlərin sürəti azaldılıb.
Həqiqət: 1969-cu ilin texnologiyası ilə saatlarla davam edən ağır çəkiliş videosunu yaddaşda saxlamaq mümkün deyildi. O dövrün maqnit disk yazıcıları cəmi 30 saniyəlik görüntü yaza bilirdi. 143 dəqiqəlik yayımı saxtalaşdırmaq o dövr üçün texniki cəhətdən imkansız idi.
SSRİ (Rusiya) buna niyə etiraz etmədi?
Soyuq müharibə dövründə ABŞ yarışı qazanmaq üçün bu yalanı uydurub.
Həqiqət: ABŞ-ın ən böyük rəqibi olan SSRİ rəhbərliyi "Apollo 11"in uğurunu rəsmən təbrik etmişdi. Bu yaxınlarda "Roskosmos" rəhbəri Yuri Borisov da Amerikalıların gətirdiyi Ay torpağı nümunələrinin həqiqiliyini Rusiya Elmlər Akademiyasının təsdiq etdiyini açıqladı.
Niyə 56 ildir Aya getmirik?
Əgər 1960-cı illərdə getmişdiksə, niyə bir daha qayıtmadıq?
Həqiqət: Səbəb texnoloji deyil, siyasi və iqtisadi idi. "Apollo" proqramı 1972-ci ildə bitəndə büdcə prioritetləri dəyişdi. NASA Beynəlxalq Kosmik Stansiyaya fokuslandı. O dövrdə NASA-nın büdcəsi federal büdcənin 4%-i idisə, bu gün cəmi 0,4%-dir. Həmçinin, o dövrün xüsusi tədarük zəncirləri və mütəxəssisləri zamanla fəaliyyətini dayandırdı, bu da Aya qayıtmağı yenidən "sıfırdan" başlamaq kimi çətinləşdirdi.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Salyanda ağır qəza - Xəsarət alanlar var
-
“Uzak şehir”də rol alacaq
-
"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı
-
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü
-
Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib - (Foto)
-
Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb
-
“Qəlbimizdə yaşayanlar”: III Beynəlxalq Fidan Hacıyeva Opera Festivalı çərçivəsində duyğulu konsert keçirilib - (Foto)
-
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir
-
Türkiyədən Moskvaya uçan üç təyyarə geri qayıtdı
-
Vanqadan qorxulu xəbərdarlıq: 2026-cı ilin sonunadək nələr olacaq?
-
Milli İncəsənət Muzeyində “Bal – XIX əsr” adlı tədbir baş tutub - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib - (Foto)
-
Wi-Fi siqnalını alüminium folqa ilə gücləndirmək mümkündür? - Araşdırma
-
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
-
Payız-qış mövsümündə dəbdə olacaq gödəkçələr
-
Psixoloq təkrarlanan pis yuxulardan qurtulmağın yollarını açıqladı
-
Kökəlmək istəyənlər oxusun
-
Üzünüzə gülən hər kəs dost deyil: Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
Evdə panik atak və stressə səbəb ola biləcək beş şey
-
Kəllə-paçanı əvəz edən təbii möcüzə: Bir çömçəsi bəs edir
-
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
-
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı
-
Tramp: Benzinin qiyməti daha da ucuzlaşacaq
-
Günün qoroskopu: Qarşıda sizi maraqlı bir yenilik gözləyir





