Hadisə

Bakıda cəzaçəkmə müəssisəsində yanğın olub

7 Aprel 2026 20:03
Baxış: 439
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinin ərazisində yanğın hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Ədliyyə və Fövqəladə Hallar Nazirliklərinin birgə məlumatında deyilib.

Bildirilib ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub, yanğın qısa müddət ərzində nəzarətə götürülərək tam söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, məhkum və şəxsi heyətin təhlükəsizliyinin tam təmin olunması istiqamətində zəruri addımlar atılır.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.