Cəmiyyət

114A/B avtobusları niyə vaxtından əvvəl xətdən çıxır? - ŞİKAYƏT

8 Aprel 2026 15:40
Baxış: 298
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda 114A və 114B marşrut xətləri üzrə avtobuslarla bağlı sərnişinlər şikayət edirlər.

Milli.Az xəbər verir ki, onlar nəqliyyat vasitələrinin həm texniki vəziyyəti, həm də xidmət keyfiyyətinin qənaətbəxş olmadığından narazıdırlar:

"Avtobusların salon tavanında örtüklərin qopub, metal səthləri görünür, paslanma izləri və lük ətrafındakı deformasiyalar diqqət çəkir. Bundan əlavə, oturacaqların qırıq olması, istilik və soyutma sistemlərinin düzgün işləməməsi də var".

Avtobusların tez-tez nasaz vəziyyətdə xətdə buraxılması, intervalın uzun olması və iş rejiminin pozulması da necə deyərlər sərnişinləri cana yığıb. Sərnişinlər bildirirlər ki, avtobuslar gecə saat 00:00-a qədər işləməli olduğu halda çox vaxt 23:00-dan əvvəl xətdən çıxır.

Sakinlər aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problemlərin həlli gecikir.

Sözügedən məsələ ilə bağlı quruma sorğu göndərilib.

Asya
Milli.Az 

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.