Bu əməliyyatlar həyat keyfiyyətini dəyişir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Səhiyyə Nazirliyinin dəstəyi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində yaradılan yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının əsas fəaliyyət istiqaməti ilk növbədə rekonstruktiv (bərpaedici) əməliyyatlardır. Məqsəd yalnız xarici görünüşü dəyişmək deyil, insanın zədələnmiş və ya itirilmiş bədən hissəsini mümkün qədər əvvəlki vəziyyətinə qaytarmaqdır".
Milli.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində yaradılan yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının baş həkimi Dilqəm Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, rekonstruktiv əməliyyatlar əsasən qəza və travmalardan sonra alınan xəsarətlərlə bağlı aparılır:
"Alınan travmalar nəticəsində üz, əl və ya bədənin başqa hissəsində deformasiya yaranarsa, biz həmin nahiyəni yenidən formalaşdırırıq. Yanıq hallarında sonra dəri büzüşür, hərəkət məhdudlaşa bilər. Bu zaman xüsusi əməliyyatlarla həm görünüş, həm də hərəkət funksiyası bərpa olunur. Onkoloji əməliyyatlardan sonra məsələn, süd vəzi xərçəngi səbəbilə döş götürüldükdən sonra yenidən formalaşdırılması (rekonstruksiya) aparılır ki, pasiyent həm fiziki, həm də psixoloji olaraq özünü daha yaxşı hiss etsin. Anadangəlmə qüsurlar o cümlədən, dodaq-damaq yarığı kimi problemlər əməliyyatla düzəldilir və uşaq normal danışıq və qidalanma funksiyasına qovuşur. Mikrocərrahiyyə əməliyyatları, çox incə damar və sinirlərin bərpası aparılır".
Baş həkim qeyd edib ki, bu əməliyyatların əsas fərqi ondadır ki, onlar yalnız görünüş üçün deyil, insanın normal yaşaması üçün vacibdir:
"Bununla yanaşı, klinikamızda estetik əməliyyatlar da geniş şəkildə həyata keçirilir. Bu əməliyyatlar daha çox insanın öz görünüşündən razı qalması və özünə inamının artması üçün edilir".
D.Məmmədov qeyd edib ki, klinikada ən çox edilən estetik əməliyyatlar burun (rinoplastika), göz qapağı, qarın (abdominoplastika) piylərin götürülməsi (liposaksiya) süd vəzi əməliyyatları aparılır. Həmçinin, minimal prosedurlar olan iynə vasitəsilə edilən botoks və dolğularla qırışlar azaldılır və üzə daha təravətli görünüş verilir:
"Biz estetik əməliyyatlarda da çalışırıq ki, nəticə təbii görünsün və insanın özünə uyğun olsun, yəni süni dəyişikliklərdən uzaq dururuq. Hədəf pasiyent auditoriyamız genişdir - həm sağlamlığını bərpa etmək istəyən pasiyentlər, həm də görünüşünü yaxşılaşdırmaq istəyən şəxslər bizə müraciət edə bilər. Amma bizim üçün tibbi zərurəti olan rekonstruktiv əməliyyatlar hər zaman daha ön plandadır.
İcbari tibbi sığorta isə əsasən məhz bu cür zəruri rekonstruktiv əməliyyatları əhatə edir. Estetik məqsədli əməliyyatlar isə hazırda bu paketə daxil deyil".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
XƏBƏR LENTİ
-
4 bürc üçün böyük pul günü
-
Bir dilim kifayət etməz: Yunan mətbəxinin məşhur portağallı şirniyyatı – Portokalopita
-
Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
-
Pomidor şirəsinin çoxlarının bilmədiyi təhlükəli xüsusiyyətləri
-
Bu meyvələri yanaşı qoymayın, çürüməni tezləşdirir
-
“Qadın evlidir, amma başqasını sevir“ - İradə İbrahimova
-
Türkiyədə aktyorların qonorarı azaldıla bilər
-
Günün qoroskopu: Enerjiniz və ünsiyyət bacarıqlarınız zirvədədir
-
Klinikanın qarşısındakı qəzanın anbaan (Videosu)
-
"İrəvana risk edib getmişdim" - Azərbaycanlı bloger
-
“Perihan”ın son halı - (Foto)
-
Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Fidan Hacıyeva Parisdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert haqqında danışıb - (Foto)
-
Mingəçevirdə 21 yaşlı gənc qonşusunu bıçaqlamaqda şübhəli bilinir
-
Bakıda kollecdə qanlı hadisənin səbəbi açıqlandı - (Video)
-
“Bakıda olduğum üçün çox xoşbəxtəm”: Devid Qarrettin virtuoz skripkası, rok hitləri və simfonik enerjisi
-
Gürcüstanda azərbaycanlı qardaşlar güllələndi
-
Türkiyədə silahlı hücumda ölənlərin sayı 9-a çatıb - Yenilənib
-
Bu şəxslər 3600 manat maaş alacaq
-
Çingiz imicini dəyişdi - (Foto)
-
Rəsmi Moskva: Heç kəs Ermənistanı zorla KTMT-də saxlamır
-
Qarabağ Ustası: Strategiya, Suverenlik və Azərbaycanın Qələbəsi
-
Sabah Ağdaşın bəzi ərazilərində qaz olmayacaq
-
İşğal olunmuş rayon sakini ilə evli kişilərə də "məcburi köçkün" statusu veriləcək





