Dünya

ABŞ və İran arasında danışıqların ehtimal olunan yerləri açıqlanıb

8 Aprel 2026 15:16
Baxış: 332
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aprelin 10-na planlaşdırılan İran və ABŞ nümayəndələri arasında keçiriləcək danışıqlar Pakistanın baş naziri Şahbaz Şərifin iqamətgahında və ya İslamabadda yerləşən Serena otelində baş tuta bilər.

Milli.Az xəbər verir ki, bu barədə TASS agentliyinə Pakistan təhlükəsizlik xidmətlərindəki mənbə məlumat verib.

"Danışıqların mümkün keçiriləcəyi yerlər baş nazirin iqamətgahı və ya Serena oteli ola bilər. Lakin yekun qərar hələ verilməyib", - deyə mənbə bildirib.

Pakistan hökumət başçısının rəsmi iqamətgahı İslamabadın mərkəzində yerləşən, xüsusi mühafizə olunan və "qırmızı zona" adlanan ərazidədir. Bu ərazidə inzibati binalar kompleksi yerləşir.

Serena oteli isə "qırmızı zona"ya giriş hissəsində yerləşir. Adətən İslamabadı ziyarət edən yüksək səviyyəli nümayəndə heyətləri və dövlət başçıları məhz bu oteldə qalırlar. Otel beynəlxalq danışıqların təşkili üçün bütün zəruri infrastruktura malikdir və əvvəllər dəfələrlə bu məqsədlə istifadə olunub.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardan biri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaq öhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraq danışıqlara hazırlaşırlar.

Ayxan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.