Bu günə qədər çay içməmişik - Dəmliyə bir azca atın: Qoxusuna qonşular gələcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az sıradan bir çayı unudulmaz ləzzətə çevirmək üçün yolları təqdim edir:
Şəkərdən imtina etmək istəyənlər üçün darçın ən yaxşı xilaskardır. O, qan şəkərini balanslaşdırır və çaya isti aroma qatır.
Toz darçın çayı bulandırdığı üçün mütləq çubuq darçın seçin. Çaydana atacağınız yarım çubuq darçın dəm müddətində öz bənzərsiz qoxusunu suya buraxacaq. Xüsusilə qış aylarında içini isitmək üçün idealdır.
Yaxın Şərq və Asiya çay mədəniyyətinin əvəzolunmazı olan hil nanə və sitrus meyvələrini xatırladan təravətləndirici qoxuya malikdir. Həzmi asanlaşdırdığı üçün ağır yeməklərdən sonra içilən çaylara çox yaraşır.
Güclü aromasını üzə çıxarmaq üçün 2-3 ədəd hil dənəsinin qabığını yüngülcə çatladaraq quru çay yarpaqlarının arasına qarışdırın. Yaradacağı ekzotik atmosferə heyran qalacaqsınız.
Böyüklərimizin çaydanından əskik olmayan mixək çayın bəzən yorucu olan sərtliyini qırır və nəfəsi təzələyir. Stresi azaltmağa kömək edən bu ədviyyat həm də antibakterial təsirə malikdir.
Mixəyin aroması çox sərt olduğu üçün ölçünü qaçırmayın. Orta boy bir çaydan üçün 1 və ya 2 ədəd mixək tumurcuğu kifayətdir. Bütün evi bürüyən nostalji qoxu üçün bu, bəs edər.
Məşhur "Earl Grey" çayının o parfümə bənzər qoxusunun mənbəyi olan berqamot çaya həm nəcabətli qoxu, həm də yüngül meyxoş dad qatır.
Hazır aromalı çaylar əvəzinə, qara çayınıza qurudulmuş berqamot qabığı və ya tumurcuğu əlavə edin. Bir çay qaşığı qədər əlavə edəcəyiniz bu təbii quru bitki çayınıza kimyəvi olmayan, həqiqi sitrus təravəti verəcək.
Öz imza qarışığınızı yaradarkən ədviyyatların çayın öz dadını boğmasına imkan verməyin, sadəcə onu dəstəkləməsini təmin edin. Məsələn, darçın və mixək qış axşamları üçün möhtəşəm bir ikilidirsə, berqamot və hil yay səhərləri üçün canlandırıcı təsir yaradır.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Beynimiz bu yaşdan sonra KİÇİLİRMİŞ
-
Qandakı zərərli yağları azaldan möcüzəvi QİDA
-
Toz və səs-küyü azaltmaq üçün tikinti sahəsini nəhəng qabarcıqlarla örtdülər
-
62 yaşlı Hülya Avşarın müzakirə yaradan VİDEOsu: Serenayla Merti ƏLƏ SALDI
-
Vahid idarəetmə sistemi qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Əli Avropa çempionu oldu
-
FİFA dünya çempionatı ilə bağlı yeni qərar verdi
-
Çin avtomobilləri sınaqdan keçə bilmədi: Alıcılar yenidən "köhnə dostlara" qayıdır
-
Günün qoroskopu: artıq hazırırsınız, sadəcə addım atmaq qalır
-
Bakıda keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb - FOTO
-
“Vurulan qollar sualların cavabı idi” - Rəşad Sadıqov
-
“Hisin-pasın içində can veririk”
-
"Yeni Delta 2026" ekspedisiyasının həyəcan təbili: Xəzərin dibi üzə çıxır - FOTO
-
“Eşref Rüya”da yeni sima - “İhtiyar” - FOTO
-
Valdas Dambrauskas: "Futbolçularım uğura ac idilər"
-
Levandovski fantastik təklif alıb: 90 milyon avro maaş
-
“Koroğlu” körpüsü qəzalı vəziyyətdədir? - Açıqlama
-
“Neftçi” “Sabah”ın qələbəsinə belə reaksiya verdi - FOTO
-
Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz - VİDEO
-
Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi - FOTO
-
"Sabah" Azərbaycan Kubokunun qalibi olub - YENİLƏNİB
-
Fədayə Laçın Buzovna çimərliyində ilanları paylaşdı - VİDEO
-
"Borussia"nın ulduzu klubdan ayrılmağa qərar verib - FOTO
-
Məşhur aparıcı vəfat etdi - FOTO





