Bir azdan Bakıda hamı kirayə qalacaq - Ev almaq sərf etmir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Mərkəzi Bankının apardığı araşdırmaya əsasən, ötən il ölkədə alınmış evin pulunu kirayə yolu ilə çıxarmaq 21 ilə yaxın vaxt aparacaq. Əvvəlki il isə bu müddət 19 il yarım olub. Kapitalizasiya müddətinin artması mənzillərin bahalaşma sürətinin kirayə haqlarının artım sürətini üstələməsi ilə əlaqədardır. Yeri gəlmişkən, 2025-ci ildə Azərbaycanda bir ay kirayədə qalmaq orta hesabla 1 000 manata başa gəlib.
Milli.Az-ın araşdırmasına görə mənzilin otaq sayından asılı olaraq qiymətlər dəyişir: 1 otaqlı mənzillər 450-900 manat, 2 otaqlı mənzillər 600-1 200 manat, 3 otaqlı mənzillər 800-1 800 manat, 4 və daha çox otaqlı mənzillər isə 1 200-2 500 manatdan yuxarı aralıqda təklif olunur.
Rayonlar üzrə fərqlər də kifayət qədər aydın görünür. Nəsimi və Nərimanov rayonlarında kirayə qiymətləri daha yüksəkdir və 2 otaqlı mənzillər əsasən 900-2 000 manat, 3 otaqlı mənzillər isə 1 400-2 500 manat aralığında dəyişir. Yasamal rayonunda bu göstərici 2 otaqlı mənzillər üçün 800-1 500 manat, Xətai rayonunda 700-1 400 manat, Sabunçu və Suraxanı rayonlarında isə daha aşağı olmaqla 450-900 manat civarındadır.
Satış bazarında da qiymət artımı davam edir. Yeni tikililərdə mənzil qiymətləri 1 800-3 500 AZN/m², premium layihələrdə isə bəzi hallarda 4 000 AZN/m²-yə qədər yüksəlir. Köhnə tikililərdə qiymətlər nisbətən aşağı olsa da, 1 200-2 200 AZN/m² aralığında qalır.
Mütəxəssislər bildirirlər ki, kapitalizasiya müddətinin uzanmasının əsas səbəbi mənzil qiymətlərinin kirayə haqlarından daha sürətli artmasıdır. Son illərdə satış qiymətlərində illik artım 10-15 faiz, kirayə qiymətlərində isə 6-10 faiz civarında müşahidə olunur. Bu fərq nəticəsində daşınmaz əmlakın investisiya kimi geri dönüş müddəti uzanır.
Ümumilikdə, hazırkı bazar vəziyyəti göstərir ki, Bakıda ev almaq qısa müddətdə gəlir gətirən investisiya hesab olunmur. Ən bahalı rayonlarda bu müddət 23-24 ilə qədər uzana bilir, daha ucuz rayonlarda isə 16-19 il aralığında dəyişir. Bu səbəbdən kirayə bazarı qısa və orta müddətdə daha çevik seçim kimi qalır, lakin uzunmüddətli perspektivdə ev sahibi olmaq hələ də dəyər artımı baxımından üstünlük təşkil edir.
Ayxan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda sarı və narıncı xəbərdarlıq verildi
-
“Sabah” - “Borussiya” oyununu bu hakim idarə edəcək
-
İranın yeni müdafiə naziri seçildi
-
İran ABŞ-a çata bilən raketlər hazırlayır
-
TDT Baş katibindən Azərbaycana təbrik
-
Ayın 19-da güclü külək olacaq - Proqnoz
-
Lökbatanda anbarda yanğın baş verib
-
Qara dənizdə yük gəmisi vuruldu
-
Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Salyanda ağır qəza - Xəsarət alanlar var
-
“Uzak şehir”də rol alacaq
-
"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı
-
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü
-
Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib - (Foto)
-
Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb
-
“Qəlbimizdə yaşayanlar”: III Beynəlxalq Fidan Hacıyeva Opera Festivalı çərçivəsində duyğulu konsert keçirilib - (Foto)
-
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir
-
Türkiyədən Moskvaya uçan üç təyyarə geri qayıtdı
-
Vanqadan qorxulu xəbərdarlıq: 2026-cı ilin sonunadək nələr olacaq?
-
Milli İncəsənət Muzeyində “Bal – XIX əsr” adlı tədbir baş tutub - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib - (Foto)
-
Wi-Fi siqnalını alüminium folqa ilə gücləndirmək mümkündür? - Araşdırma
-
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
-
Payız-qış mövsümündə dəbdə olacaq gödəkçələr





