Ermənistan

Ermənistan və Polşa hərbi saziş imzaladı

26 Fevral 2026 20:01
Baxış: 329
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polşa və Ermənistan arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Sənəd Polşa və Ermənistan baş nazirləri Donald Tusk ilə Nikol Paşinyan arasında Varşavada baş tutmuş görüşün yekunu üzrə imzalanıb.

Sazişi Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan imzalayıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Polşada iki günlük rəsmi səfərdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.