Ərzurumda temperaturun kəskin enməsi və torpağın donması səbəbilə qışa hazırlıq çərçivəsində 500 məzar əvvəlcədən qazılıb.
Milli.Az xəbər verir ki, Böyükşəhər Bələdiyyəsinin Qəbiristanlıqlar İdarəsi bildirir ki, bölgədə qış aylarında torpaq daş kimi sərtləşdiyi üçün hər il 500-600 məzar qışdan əvvəl hazır vəziyyətə gətirilir. Bu il də hava sıfırın altına düşməzdən əvvəl işlər başa çatdırılıb.
Məzarlar əvvəlcə ağır texnika ilə qazılır, sonra işçilər tərəfindən kürəklə formalaşdırılır.
Bələdiyyə sədri Mehmet Sekmen isə qeyd edib ki, qışda bölgəyə təxminən bir metr qar düşür və torpaq qaya kimi sərtləşir, buna görə hazırlıq işləri payızda tamamlanır.
Fidan
Milli.Az





