İdman

“Qarabağ”ın müdafiəçisinə sanksiya

1 Aprel 2026 17:30
Baxış: 346
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın müdafiəçisi Sami Mmae cəzalandırılıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Bildirilib ki, belçikalı futbolçu Əvəzedicilər liqasındakı davranışına görə buna məruz qalıb.

O, 21-ci turda "Sabah-2" ilə görüşün 43-cü dəqiqəsində hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə alaraq meydandan qovulub.

Buna görə, S.Mmae 1 oyunluq cəzalandırılıb "Qarabağ-2" 250 manat cərimələnib.

Qeyd edək ki, Sami Mmae intizam qaydalarını pozduğu üçün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov onu əsas heyətdən qovub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.