İdman

Lamin Yamal azarkeşlərə etiraz etdi

1 Aprel 2026 15:00
Baxış: 263
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniya və Misir futbol yığmaları arasında keçirilən yoldaşlıq görüşündə baş verən irqçi hadisələr ölkə futbolunda böyük qalmaqala səbəb olub. Barselonada keçirilən matçda ispan azarkeşlərin davranışı dünya mətbuatının gündəminə düşüb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, oyun başlamazdan əvvəl Misir himni azarkeşlər tərəfindən fitə basılıb. Tribunlardan isə dini zəmində təhqiredici olan "Tullanmayan müsəlmandır" şüarları səsləndirilib. Bundan əlavə, bir neçə dəqiqə sonra stadionun bəzi sektorlarında çoxluq tərəfindən "Pedro Sançes, əxlaqsız oğlu" şüarı da səsləndirilib. Bu hadisələr yaşanarkən meydanda olan və bu yaxınlarda Ramazan orucunu tamamlayan Lamin Yamal baş verənlərə kəskin reaksiya göstərib.

Matç bitdikdən sonra isə Lamin Yamal azarkeşlərlə sağollaşmadan meydanı tərk edən yeganə futbolçu olub. Onun bu addımı tribunlardan gələn dini təhqirlərə və dözümsüzlüyə qarşı səssiz etiraz kimi qiymətləndirilib. Bu hadisə İspaniyada bəzi azarkeşlərin müsəlman oyunçulara qarşı hələ də sərt və qərəzli münasibət bəslədiyini bir daha ortaya qoyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.