Mədəniyyət

Muğam Televiziya Müsabiqəsinin qalibləri konsert ilə çıxış edib - FOTO

1 Aprel 2026 16:36
Baxış: 217
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzində "Muğamat axşamı" adlı konsert keçirilib. Proqramda Muğam Televiziya Müsabiqəsinin qalibləri Nisbət Sədrayeva, Könül Məmmədli, Fərid Əliyev, Malik Həsənov, Ramiq Bayramov, Gülnar Qüdrətli, Aytac Bəybalayeva və Yusif Cəfərbəylinin ifasında "Şur", "Bayatı-Şiraz", "Segah", "Dilkəş" təsnifləri və xalq mahnıları səsləndirilib. Xanəndələri BMM-in solistlərindən ibarət instrumental heyət - tarda Rüstəm Müslümov, kamançada Əməkdar artist Toğrul Əsədullayev, qanunda Röya Hacıyeva, balabanda Rafael Əsgərov və nağarada Əməkdar artist Kamran Kərimov müşayiət ediblər.

Muğam gecəsi tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.

Qeyd edək ki, "Muğamat axşamı" adlı konsertlərin məqsədi muğamın təbliğinə töhfə vermək və bu ulu sənətin fəlsəfəsini gənc nəsillərə çatdırmaqdır.

Xatırladaq ki, BMM tərəfindən "Muğamat axşamı" və "Muğam dəstgahları" adlı konsert proqramları ayda iki dəfə musiqisevərlərə təqdim edilir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.