“İşığa doğru”: Azərbaycan rəssamları İtaliyada möhtəşəm sərgi ilə çıxış etdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
22-23 mart 2026-cı il tarixlərində Sən1Sən Beyin Mərkəzinin İtaliyanın Cassine (AL) şəhərində 17-ci əsrə aid "Palazzo Mandrilli"də yaratdığı Qalereyada növbəti sərgilər silsiləsi keçirilmişdir. Bu sərgilər "Novruz Festivalı" adı ilə Novruz Bayramına həsr olunmuşdur.
Milli.Az xəbər verir ki, festival Azərbaycan Diasporuna Dəstək Fondunun texniki dəstəyi ilə keçirilmiş və məqsədi xalqımızın milli bayramı olan Novruz bayramı haqqında İtaliya ictimaiyyətinə ətraflı məlumat vermək və eyni zamanda Azərbaycanlı rəssamların əsərləri ilə tanış etmək idi.
Festivalın açılışında Cassine şəhərinin meri cənab Carlo Felice Maccario, İtaliya-Azərbaycan Ticarət Palatasının Milan Ofisinin rəhbəri Irina Qalimova, Sən1Sən Beyin Mərkəzinin təsisçisi Fəridə Quluzadə, Azərbaycan və Türkiyə diaspora nümayəndələri iştirak etmişlər.
Novruz Festivalı çərçivəsində üç sərgi ("Kontrast", "Sabahın izləri", "İşığa doğru") Azərbaycan Rəssamlıq Akademiyasının müəllim və tələbələrinin əsərlərindən ibarət idi. Digər iki sərgi - "NovruzFest" və "Sərhədsiz rənglər" uşaq və açıq çağırış üzrə olan Azərbaycanlı rəssamların qrup sərgisi idi.
Festival İtaliya vətəndaşları və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanmışdır. Qalereya Palazzo Mandrilli Azərbaycan incəsənətinə həsr olunmuş artıq 19 sərgiyə ev sahibliyi etməklə, Piemont regionunda İtaliya-Azərbaycan arasında dostluq və mədəniyyət körpüsü kimi fəaliyyətini davam etdirməkdədir.
Xüsusilə qeyd etməliyik ki, tarixin və mədəni yaddaşın nəfəs aldığı Palazzo Mandrilli məkanında təşkil olunan "İşığa doğru" sərgisi Azərbaycan təsviri sənətinin yetkin və peşəkar nümayəndələrini bir araya gətirən mühüm sənət hadisəsidir. Sərginin adı rəmzi məna daşıyır: işıq burada həm estetik anlayış, həm də mənəvi axtarış, yaradıcılıq enerjisi və sənətin daim yüksəlişə doğru hərəkətinin simvoludur.
Ekspozisiyada "Azərbaycan Rəssamlıq Akademiyası"nda çalışan müəllimlərin, Akademiyanın məzunlarının və bu sahədə peşəkar fəaliyyət göstərən rəssamların əsərləri təqdim olunmuşdur. Bu iştirakçı tərkibi sərgiyə xüsusi sanbal və konseptual bütövlük qazandıraraq akademik ənənə ilə fərdi yaradıcılıq üslubu, pedaqoji təcrübə ilə müstəqil bədii axtarışlar və formalaşmış sənətkar mövqeyi bir araya gətirmişdir.
Sərgidə nümayiş olunan əsərlər rəngkarlıq, heykəltəraşlıq və keramika sahələrini əhatə edirdi. Rəngkarlıq nümunələrində işıq-kölgə münasibətləri, kolorit zənginliyi və kompozisiya harmoniyası vasitəsilə insanın daxili aləmi, zamanın axarı və müasir dünyanın estetik ritmi ifadə olunurdu. Heykəltəraşlıq işlərində forma və plastikanın dili ilə məkan və həcm arasında dinamik əlaqə qurularaq; materialın fakturası ideyanın emosional yükünü gücləndirir. Keramika nümunələri isə dekorativ-tətbiqi sənətin incəliklərini nümayiş etdirərək ənənəvi motivlərlə çağdaş bədii düşüncənin sintezini təqdim etdi.
"İşığa doğru" sərgisi yalnız müxtəlif sənət növlərinin nümayişi deyil, həm də təsviri və dekorativ-tətbiqi sənətin qarşılıqlı dialoqudur. Burada akademik məktəbin möhkəm təməli, milli irsə bağlılıq və müasir interpretasiya imkanları paralel şəkildə inkişaf edir. Əsərlərdə həm klassik realizmin izləri, həm də müasir ekspressiv ifadə vasitələri öz əksini tapmışdır.
Sərgi müəllim və məzun nəsillərinin yaradıcılıq ardıcıllığını da göstərir. Bu, təkcə sənət əsərlərinin deyil, həm də bilik, təcrübə və estetik dünyagörüşünün ötürülməsi prosesinin vizual ifadəsidir. İştirakçıların peşəkar fəaliyyəti Azərbaycan incəsənətinin formalaşmış və beynəlxalq miqyasda tanınmağa layiq potensialını nümayiş etdirirdi.
Tarixi məkanın monumental ab-havası ilə müasir sənət nümunələrinin qarşılaşması tamaşaçıda xüsusi emosional təsir yaradır. İşıq burada həm fiziki, həm də metaforik anlam daşıyır: yaradıcılığın işığı, düşüncənin işığı, milli mədəniyyətin dünyaya açılan işığı.
Beləliklə, "İşığa doğru" sərgisi sənətin inkişaf yoluna, peşəkarlığın dəyərinə və yaradıcı enerjinin davamlılığına həsr olunmuş konseptual mədəni platforma kimi dəyərləndirilir. Bu ekspozisiya tamaşaçını estetik zövq almağa deyil, həm də düşünməyə, duymağa və sənətin işığında öz daxili dünyasına doğru addımlamağa dəvət edən gözəl bir tədbir idi.
"İşığa doğru" sərginin yaradıcı heyətinin kuratoru və bədii rəhbəri, Azərbaycan Rəssamlıq Akademiyasının Heykəltaraşlıq kafedrasının baş müəllimi Roza Həsənova "İz" kompozisiyası ilə, heyət üzvləri Nilgün Əskərzadə "Yay buketi"; Çinarə Şükürova "Çinar ağacı - Ruhumun kökləri"; Elnarə Əliyeva Vəlizadə "Ənənə"; Nilufər Quluzadə "Zərrin"; Mərziyə Kərimli "Saxsıda güllər"; Nisə Cəfərova "Toskanada gözəl səhər"; Aysel Afanasyeva "Çiçəklənmiş həyat"; Rachel Ziyad "Balıqlar"; Aydan Şahbazlı "Ənənənin nəfəsi"; Ulya Abdullayeva "Mənzərə"; Esmira Xəlilova "Zamanın kənarında"; Esmira Heydərova "Çini qablarla natürmort"; Türkan Bayramova "Başlanğıc"; Şəbnəm Talıbova "Nar irsi"; Günay Məmmədova "Baxışlardan hekayə"; Günay Hacıyeva "Güllər-Natürmort" əsərləri ilə iştirak etmişlər.
Bütün tədbir iştirakçılarına daim yaradıcılıq uğurları və yeni sərgilərdə iştirak edərək Azərbaycan mədəniyyətinə bol töhfələr vermələrini arzulayırıq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılıb - (Foto)
-
Zaur Rzayevin dəfn yeri açıqlandı
-
Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı – 100 illik yubiley gecəsi - (Foto)
-
Eliso Bolkvadze və Maya Tabaqari Akademik Milli Dram Teatrının qonağı olub - (Foto)
-
“Sənət dialoqu” layihəsi çərçivəsində Xaçmazda Xalq artisti Elçin Həşimovla görüş keçirilib - (Foto)
-
Lev Dodin Bakıya özünün “Qağayı” tamaşasını gətirib: Yelizaveta Boyarskaya və İqor Çerneviç Azərbaycandan təəssüratlarını bölüşüblər - (Foto)
XƏBƏR LENTİ
-
Türkiyədə cütlük boşanma qərarını möhtəşəm parti ilə elan etdi (Video)
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)
-
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
-
Binanın ehtiyat çıxışılarını bağlayıb obyektə çevirirlər? - (Video)
-
"Ən bahalı müğənnisən, sənin yerinə utandım" - Rəvan Bağırov
-
Polşada baş nazir polis alayını məhkəməyə yeritdi, Prezident təcili geri qayıtdı - (Video)
-
Zaqatalada qaz olmayacaq
-
Tovuzda ağır qəza - 4 nəfər xəsarət alıb - (Foto)
-
Günün qoroskopu: Ruhi gərginlik bu gün sizə üstün gələ bilər
-
Qızılın qiyməti xeyli ucuzlaşdı
-
"Bir qığılcım düşsə bütün bina yanacaq" - (Video)
-
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
-
Arif Əfəndiyev vəfat edib - (Foto)
-
“Yeraltı”nın cütlüyündən ilk romantik (Foto)
-
Roman Abramoviç Bakıdadır - (Foto)
-
Torpaq sürüşməsi fəsadlara yol açdı - (Video)
-
Portuqaliya Futbol Federasiyası Kriştiano Ronaldo barədə qərar verib
-
Londonda Azərbaycan səfirliyi qarşısında İran agentlərinin təxribatı - (Foto/Video)
-
Azərbaycanda sahibkarın meyiti öz həyətində tapıldı - (Foto)
-
“Başkalarının hayatı” yayımlanmayacaq
-
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
-
Sabah Şahbuzda işıq olmayacaq
-
"Əl-Nəsr"dən Ronaldonu istədilər





