Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu mərhum Xalq artisti Rasim Balayev ilə bağlı xatirə görüntüləri paylaşıb.
Milli.Az xəbər verir ki, yaxın sənət dostunun paylaşdığı kadrlar qısa zamanda sosial şəbəkələrdə yayılıb və izləyicilər arasında kövrək anlar yaşadıb. Görüntülərdə Rasim Balayevin səmimi anları bir daha diqqət çəkib.
Paylaşım izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Bir çox istifadəçi mərhum aktyorun unudulmaz obrazlarını xatırlayaraq duyğusal fikirlərini bölüşüb.
Qeyd edək ki, Rasim Balayev Azərbaycan kinosunun ən sevilən simalarından biri olub və onun xatirəsi sənətsevərlər tərəfindən daim hörmətlə yad edilir.
Hüseyn
Milli.Az





