Cəmiyyət

Amnistiya aktı ədliyyə orqanları üzrə 18 mindən çox şəxsə şamil edilib

1 Aprel 2026 18:20
Baxış: 341
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarı 22 dekabr tarixindən martın 31-dək prokurorluq və məhkəmə orqanları ilə birgə Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri, habelə İstintaq idarəsi üzrə 18 203 şəxs barəsində tətbiq olunub.

Ədliyyə Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, amnistiya tətbiq olunan şəxslərin 5 310-u müəyyən müddətə azadlıqdan məhrumetmə, 10 226-sı isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalardan azad edilib. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 2 648 nəfərin cəzası 6 ay azaldılıb. 19 nəfər isə cinayət məsuliyyətindən azad edilib (ədliyyə orqanlarının istintaq aidiyyəti üzrə).

Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən Vətən müharibəsində iştirak etdiyinə görə 20 nəfər və qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə 18 nəfər də cəzadan azad edilənlər arasında yer alıb.

Amnistiya tətbiq olunmuş şəxslərdən 1 309-u böyük ictimai təhlükə törətməyən, 15 996-sı az ağır, 898-i ağır cinayətlər törətmiş şəxslərdir.

Ümumilikdə amnistiya tətbiq olunmuş şəxslərdən 17 292-si kişi (onlardan 86-sı yetkinlik yaşına çatmayan şəxslərdir), 911-i qadındır (onlardan 1-i yetkinlik yaşına çatmayan şəxsdir).

Amnistiya aktının icrası davam etdirilir.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.