Telefonu daim "qənaət rejimi"ndə saxlayanlara xəbərdarlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Enerjiyə qənaət rejimini gün boyu aktiv saxlamaq telefonun sürətini yavaşladır və bəzi vacib bildirişlərin gec çatmasına səbəb olur"
Milli.Az xəbər verir ki, bunu rusiyalı mütəxəssis Aleksandr Cakoniya deyib.
O bildirib ki, bu rejim yalnız yaxın zamanda enerji mənbəyinə çıxışın mümkün olmadığı hallarda müvəqqəti tədbir kimi nəzərdə tutulub.
"Mütəxəssisin sözlərinə görə bir çox istifadəçi bu rejimi səhərdən axşama qədər açıq saxlayır və bununla batareyanın daha uzun dayanacağını düşünür. Əslində isə bu zaman tətbiqlərin fon fəaliyyəti məhdudlaşır. Mesajlaşma tətbiqləri poçt proqramları bank tətbiqləri və çatdırılma servisləri məlumatı gec yeniləyir və bildirişlər dərhal gəlmir".
Cakoniya qeyd edib ki cihazın işləmə müddətini uzatmaq üçün daha əlverişli üsullar var. Ekranın parlaqlığını azaltmaq, işini məhdudlaşdırılmış tətbiqlərə baxmaq, bluetoothu söndürmək və ekranın sönmə vaxtını azaltmaq batareyanı daha effektiv şəkildə qoruyur.
Ekspert əlavə edib ki bir çox tətbiq istifadəçi onları açmasa belə məlumat yeniləyir reklam yükləyir və məkan məlumatı toplamağa çalışır. Bu isə batareyanın boşalmasına səbəb olur. Bu səbəbdən məkan məlumatının istifadəsinə nəzarət etmək vacibdir. Bir çox tətbiq üçün yalnız istifadə zamanı məkan icazəsi kifayətdir. Bu isə həm batareyanı qoruyur həm də şəxsi məlumatların təhlükəsizliyini artırır.
Mütəxəssis bildirib ki energiyə qənaət rejimi yalnız əvvəlcədən proqnozlaşdırılan hallarda faydalıdır. Məsələn uzun yolda tədbirdə və ya gün ərzində enerji mənbəyinə çıxış olmayan zaman bu rejimi aktiv etmək məqsədəuyğundur. Digər hallarda telefonu adi parametrlərlə istifadə etmək daha rahatdır.
Ekspert sonda qeyd edib ki sadə vərdişlər batareyanın ömrünü uzadır. Əməliyyat sistemini vaxtında yeniləmək ağır tətbiqləri açıq saxlamamaq masaüstündə çox sayda vidcet istifadə etməmək və telefonu birbaşa gün işığında saxlamamaq cihazın ömrünü artırır.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İnternetlə qoxuları da hiss edə biləcəyik
-
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Samsung telefonlarında müəmmalı mavi nöqtənin sirri
-
"WhatsApp”a iki yeni funksiya gəlir
-
Çində 4 metrlik nəhəng humanoid robot təqdim edildi: 500 kq yük qaldırır - (Fotolar)
-
Almaniyada azyaşlı qıza qarşı nalayiq hərəkətlərdə ittiham olunan robot saxlanıldı - (Video)
XƏBƏR LENTİ
-
"Həyat yoldaşım iki ev arasında qalıb" - Nadir Qafarzadə
-
Pərviz Abubəkirov işdən çıxarıldı
-
Azərbaycanda ailələr niyə dağılır?
-
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb - (Foto)
-
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
-
Bakıda iki ərazidə hərəkət məhdudlaşdırılacaq
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - (Foto)
-
Azərbaycan XİN İspaniyaya başsağlığı verib
-
"Deyirlər, Oqtay Əliyevin vəfatından sonra Dilarə daha çox parladı" - Dilarə Əliyeva
-
İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik
-
İspaniyada üçgünlük matəm elan olundu
-
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - (Foto)
-
İspaniyada sürət qatarları toqquşdu - 64 nəfər öldü - (Yenilənib/Video)
-
"Real Madrid" Mbappeyə görə Çin xalqından üzr istədi
-
Azərbaycan sərhədini pozan əfqanlar saxlanıldı
-
İran səfirindən Azərbaycanla bağlı açıqlama
-
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişidi
-
İspaniya kubokunun bütün oyunları ləğv edildi
-
"Fənərbağça"ya müvəqqəti baş məşqçi təyin olundu
-
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edildi
-
Gələn il ünvanlı sosial yardımlar bu qədər artacaq
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Azərbaycanda 17 min manata pişik satılır
-
Azərbaycanda aliment artırılacaq





