İpoteka kreditlərinin verilməsi qaydaları dəyişidi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İpoteka kreditlərindən mənzilə ehtiyacı olan daha çox vətəndaşın faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısının alınması məqsədilə ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib.
Bu barədə İpoteka və Kredit Zəmanət Fondundan məlumat verilib.
Bildirilib ki, dəyişikliyə əsasən, yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi çərçivəsində Fondla bağlanmış qüvvədə olan kirayə müqaviləsi üzrə kirayəçi olmayan şəxs əsas borcalan qismində ipoteka kreditindən faydalana bilər:
"Bununla yanaşı, ipoteka kreditlərinə müraciət zamanı Fondun təşəbbüsü ilə SİMA rəqəmsal imzanın üztanıma texnologiyası tətbiq ediləcək. Yeni həll sayəsində vətəndaşlar müraciətlərini "SİMA İmza"nın biometrik identifikasiya funksionallığı ilə təsdiqləyə biləcəklər. Bu yanaşma, prosesin təhlükəsizliyinin və şəffaflığının təmin olunmasına, ipoteka kreditlərinə müraciət zamanı yarana biləcək sui-istifadə hallarının, prosesə kənar müdaxilə riskinin, xüsusi proqram təminatlarından istifadə edilməsinin qarşısının alınmasına imkan verəcək. Müraciətə dair təlimat MyGov portalında müvafiq bölmədə yerləşdirilib".
"İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-cı ildən etibarən ölkədə uzunmüddətli ipoteka kreditləşməsinin maliyyələşdirilməsini həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"na uyğun olaraq, Fond 2026-cı il ərzində də əhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirib. İndiyədək Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 4 milyard 185 milyon manat məbləğində 61 minə yaxın ipoteka krediti verilib. Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67 faizini gənclər və gənc ailələr təşkil edib.
Qeyd olunan dəyişiklik və yeniliklərlə bağlı vətəndaşların əlavə sualları yarandığı halda, Fondun 1549 Çağrı Mərkəzinə müraciət edə bilərlər", - deyə məlumatda bildirilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişidi
-
Bakıda mənzildən külli miqdarda qızıl oğurlayan qadın saxlanıldı
-
İsa Həbibbəyli Ramiz Mehdiyevlə bağlı nələr dedi?
-
14 illik həbs hökmündən sonra Ramiz Mehdiyevlə bağlı yeni qərar
-
Yasamalda məktəbli qızın faciəli ölümü - Hadisədən əvvəl nə deyib? - (Yenilənib)
-
"Bolt"dan çağırdığı sürücü başına iş açdı - (Foto)
XƏBƏR LENTİ
-
"Deyirlər, Oqtay Əliyevin vəfatından sonra Dilarə daha çox parladı" - Dilarə Əliyeva
-
İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik
-
İspaniyada üçgünlük matəm elan olundu
-
İspaniyada sürət qatarları toqquşdu - 64 nəfər öldü - (Yenilənib/Video)
-
"Real Madrid" Mbappeyə görə Çin xalqından üzr istədi
-
Azərbaycan sərhədini pozan əfqanlar saxlanıldı
-
İran səfirindən Azərbaycanla bağlı açıqlama
-
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişidi
-
İspaniya kubokunun bütün oyunları ləğv edildi
-
"Fənərbağça"ya müvəqqəti baş məşqçi təyin olundu
-
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edildi
-
Gələn il ünvanlı sosial yardımlar bu qədər artacaq
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Azərbaycanda 17 min manata pişik satılır
-
Azərbaycanda aliment artırılacaq
-
Maliyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilib
-
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqlənib
-
Montellanın “Fənərbağça”dan tələbi bəlli oldu
-
Bakıda mənzildən külli miqdarda qızıl oğurlayan qadın saxlanıldı
-
Gülay Zeynallı Cennifer Lopezlə eyni libasda - (Foto)
-
Azərbaycanın daxili dövlət borcu azaldı
-
Mücaməddin Axundovun Azərbaycandan çıxışına qadağa qoyuldu
-
Rəssam Fərid Rəsulov “Azərxalça” ASC-nin sərgi salonunda sənətsevərlərlə görüşüb - (Foto)
-
44 qram qızıl aldılar, görün içindən nə çıxdı... (Video)





