Cəmiyyət

Keçmiş prokuror psixiatriya xəstəxanasında müalicə olunur

22 Noyabr 2025 17:16
Baxış: 244
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı şəhəri Xətai rayonunun keçmiş prokuroru Mahir Cavadov psixiatriya xəstəxanasında müalicə olunur.

Milli.Az xəbər verir ki, bu barədə "Yeni Sabah"a "Xudafərin" jurnalının baş redaktoru, Azərbaycan Dostları Cəmiyyətinin sədri Elman Mustafazadə verib.

Onun sözlərinə görə, Mahir Cavadovun ailəsi və Azərbaycandakı qohumları ilə əlaqəsi yoxdur.

E.Mustafazadə sabiq prokurorun 1995-ci ildən mühacirətdə olduğu Avstriyanın Zalsburq şəhərindəki psixiatriya xəstəxanasında bir ildən artıqdır müalicə aldığını deyib.

Xatırladaq ki, M.Cavadov keçmiş XTPD-nin ("OMON") rəhbəri Rövşən Cavadovun qardaşıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.