Test nəticələri pozitiv çıxan məşhurların ifadələri - etiraf etdilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyədə aparılan narkotik istintaqı çərçivəsində bir sıra tanınmış simaların Prokurorluqda verdikləri ifadələr məlum olub. Kubilay Aka, Dilan-Engin Polat cütlüyü, Talu bacıları və Metin Akdülger kimi adların yer aldığı sənəddə bəziləri nəticələrə etiraz edib, bəziləri isə narkotik maddə istifadə etdiklərini etiraf ediblər.
Milli.Az xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğunun apardığı araşdırma zamanı 8 məşhurun saç və ya qan nümunəsində narkotik maddə, 4 nəfərdə isə antidepresant tərkibli maddələr aşkarlanıb.
8 oktyabrda həyata keçirilən əməliyyatda müğənni, aktyor və fenomenlərin də olduğu 19 məşhur ifadə üçün Jandarma Komandanlığına çağırılıb. Saç və qan analizi nəticələrinə əsasən aşağıdakı ifadələr üzə çıxıb:
Kubilay Aka: "Taylandda müalicə zamanı verilən dərmandandır"
Aktor Kubilay Aka ifadəsində Bangkokda tətil zamanı ciddi baş ağrısı keçirdiyini, klinikaya getdiyini və orada ona dərman verildiyini bildirib.
Qanında çıxıb, saçında çıxmayan maddənin bu müalicə ilə əlaqəli ola biləcəyini, narkotik istifadə etmədiyini deyərək nəticəyə etiraz edib.
Derin və Deren Talu: "Antidepresan istifadə edirik, narkotik yox"
Defne Samyelinin qızları Derin və Deren Talu ifadələrində antidepresan istifadə etdiklərini, lakin narkotik maddə qəbul etmədiklərini deyərək test nəticələrini qəbul etmədiklərini bildiriblər.
Metin Akdülger: "Xaricdə istifadə etmişdim"
Aktor Metin Akdülger isə qanında çıxan maddənin səbəbini xaric səfəri zamanı istifadə etməsi ilə izah edərək etiraf edib.
Dilan-Engin Polat cütlüyü
Həm saçında, həm qanında narkotik maddə aşkarlanan sosial media fenomeni Dilan Polat isə, təbii saçdan hazırlanmış protez saç istifadə etdiyini, maddənin protezdən keçmiş ola biləcəyini deyərək inkar edib.
Əri Engin Polat isə antidepresant istifadə etdiyini, bunun reseptini təqdim edəcəyini bildirib.
Kaan Yıldırım: "Nəticə səhvdir"
Aktor Kaan Yıldırım qanında narkotik maddə çıxmasına baxmayaraq saçında rast gəlinmədiyini əsas göstərərək nəticənin səhv olduğunu iddia edib və narkotik istifadə etmədiyini bildirib.
Feyza Altun: Etiraz edəcək bir durum olmadı
Vəkil Feyza Altunun nümunələrində yalnız antidepresan tərkibli maddə aşkarlanıb, digər maddələrə rast gəlinmədiyi üçün ifadəsində hər hansı etiraz etməyib.
Adli Tibb qurumunun hesabatına əsasən, Hadisə, İrem Derici, Mert Yazıcıoğlu, Özge Özpirinçci, Duygu Özsalan, Demet Evgar və Meriç Aral kimi məşhurların nümunələrində hər hansı narkotik maddə tapılmayıb.
İstintaqın digər detalları ilə bağlı proses davam edir.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Pis vərdişlərdən uzaqlaşdım, 9 kiloqram arıqladım" - İbrahim Borçalı
-
İlyas Yalçıntaş sərbəst buraxıldı
-
"İndi də Namiq Qaraçuxurlu ilə duet oxumaram"
-
“Arka Sokaklar” yayımlanacaq? - "Mesut komiser" açıqladı - (Video)
-
“Muhteşem yüzyıl"ın Mustafası italyan xanımı ilə - (Video)
-
Dilarə Əliyeva efirdə hönkür-hönkür ağladı - (Video)
XƏBƏR LENTİ
-
Leyla Əliyeva “Sayrışan simvollar” adlı sərgidən görüntülər paylaşıb - (Video)
-
Bakıda iki “KamAZ” toqquşdu - Yaralılar var - (Video)
-
Leyla Əliyeva Rusiyanın Xalq artisti Gennadi Xazanov ilə görüşü ilə əlaqədar paylaşım edib - (Foto)
-
İki nəfərin öldüyü “Şəki Yaylası” istirahət mərkəzi bağlandı
-
Xırdalanda 12 yaşlı qız itkin düşüb
-
Paltar reklamı, yoxsa əxlaqsızlığın reklamı? - Jurnalist Orxan Rasifoğlu yazır
-
Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar - (Foto)
-
"Pis vərdişlərdən uzaqlaşdım, 9 kiloqram arıqladım" - İbrahim Borçalı
-
Həm avtomobillərindən, həm də pullarından oldular - (Video)
-
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
-
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
-
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
-
İlyas Yalçıntaş sərbəst buraxıldı
-
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
-
Türkiyə Heydər Əliyev parkı ilə bağlı yayılan məlumatları təkzib etdi
-
Bakıda torpaq sahələri bahalaşdı
-
Natiq Nağıyev vəzifəsindən azad edildi
-
Rusiyada ağır qəzada həlak olan azərbaycanlıların fotosu - Yenilənib
-
Xətai və Suraxanıda qaz kəsiləcək
-
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
-
“Bakı – azadlıq vahəsi”: “Bloody Mary” – təxəyyülün, qroteskin və canlı emosiyaların teatrı - (Foto)
-
Metronun ən çox istifadə olunan stansiyası açıqlandı
-
“Muzeydə mühazirə” layihəsi çərçivəsində “Çağdaş sənətnədir? Müasir rəssam kimdir?” mövzusunda mühazirə keçirilib - (Foto)
-
"İndi də Namiq Qaraçuxurlu ilə duet oxumaram"





