Sakinlər: "Restoran sahibi qarajın yarısını mənimsəyərək, şaxtanı ələ keçirdi" - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğında üç nəfərin həlak olması ölkə gündəmini silkələdi.
Milli.Az xəbər verir ki, oxu.Az hadisənin detallarını öyrənmək üçün sözügedən əraziyə yollanıb.
Bina sakinlərinin iddiasına görə, yanğının baş verməsinə əsas səbəb orada yerləşən "Loft" restoranı olub. Vurğulanır ki, sözügedən obyekt iki ildir ki, fəaliyyət göstərir. Qeyd olunur ki, sahibkar binaya məxsus qarajın yarısını mənimsəyərək restoran və stomatoloji mərkəz təşkil edib. Həmçinin bir ay öncə hibrid maşınların elektrikdoldurma dayanacağını quraşdırıb və həmin dayanacağın generatorunu binanın zirzəmisinə yerləşdirib. Məhz generatorlar olan hissədə yanğın başlayıb. Sakinlər əlavə edirlər ki, təxminən 20 gün əvvəl binanın texniki işçisi zirzəmiyə daxil olmaq istəsə də, restoran əməkdaşları buna icazə verməyib və onu döyüblər.
Adını açıqlamaq istəməyən bina sakini Oxu.Az-a açıqlamasında bildirdi ki, restoran sahibinin zirzəmini zəbt etməsinə əvvəlki komendant Abbas (soyadını dəqiqləşdirmək mümkün olmadı) icazə verib:
"Məhz onun rəhbərliyi dövründə restoran fəaliyyətə başladı və bizim şaxta onların nəzarətinə verildi. Həmin şəxslər də qapını bağlayır, əməkdaşların oraya daxil olmasına mane olurdular. Biz Abbasdan narazı qaldıq, sakinlər razılaşdılar ki, dünənki yanğında həlak olan Samir Məmmədovu seçək. O, çox yaxşı insan idi. Binanın həyətini, liftini abadlaşdırdı. Əvvəllər lift bərbad halda idi, bəzən heç işləmirdi. Təəssüf ki, kimlərinsə məsuliyyətsizliyi nəticəsində özü rəhmətə getdi, iki uşağı isə yetim qaldı. Hazırda evim pis gündədir, necə edəcəyəm, bilmirəm".
Binanın digər sakini Tamilla Qurbanova da Oxu.Az-a açıqlamasında hadisənin detallarından danışıb.
"Evdə tək idim. Birdən işıqların söndüyünü gördüm. Baxdım ki, ətraf binalarda elektrik var. Bloka çıxdıqda isə hər tərəfi tüstü bürüdüyünü gördüm. Tez oğluma zəng etdim ki, köməyə gəl. Özüm də evə keçdim. Sağ olsunlar, polis və yanğınsöndürənlər vaxtında müdaxilə edərək bizi xilas etdilər. Tüstü o qədər güclü idi ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları da tüstüdən əziyyət çəkdilər. Amma nəticədə yanğını məhdudlaşdıra bildilər".
Sakinlərlə söhbətimiz zamanı bildirdilər ki, onlar "Loft" restoranının rəhbərliyindən təzminat tələb edirlər. Həmçinin vətəndaşlar qeyd etdilər ki, hələ restoran fəaliyyət göstərdiyi dönəmdə bir neçə quruma şikayət etsələr də, onlara cavab verən olmayıb. Qeyd olunur ki, restoran əməkdaşları hətta binanın zirzəmisində belə təhlükəsizlik qaydalarına əməl etmirdilər.
Ərazidə olduğumuz müddətdə binanın zirzəmisi və yeraltı dayanacaq hissəsi Baş Prokurorluq əməkdaşları tərəfindən nəzarətə götürülmüşdü.
Restoran sahibi ilə danışmaq cəhdlərimiz isə alınmadı.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ən ucuz və ən bahalı torpaq sahələri hansı ərazilərdədir?
-
Sosial şəbəkələrdə yayılan “problem” iddiaları doğru deyil
-
Cabir İmanovun özünə bənzəyən oğlu... - FOTO
-
Ayın 17-də yağış intensivləşəcək, qara keçəcək - PROQNOZ
-
300 bal toplayan abituriyentin nəticəsi niyə rəsmi siyahıya düşməyib? - AÇIQLAMA
-
300 bal topladı - Adı siyahıda yoxdur
XƏBƏR LENTİ
-
Türkiyəyə dron düşdü
-
Peskov türk dilini necə öyrənib?
-
Ən ucuz və ən bahalı torpaq sahələri hansı ərazilərdədir?
-
Bakıda keçiriləcək WUF13 BMT-nin Yeni Şəhər Gündəliyinin irəlilədilməsi üzrə konsensusun formalaşdırılması üçün həlledici məqam olacaq - UN-Habitat rəhbəri
-
Sosial şəbəkələrdə yayılan “problem” iddiaları doğru deyil
-
Cabir İmanovun özünə bənzəyən oğlu... - FOTO
-
Ayın 17-də yağış intensivləşəcək, qara keçəcək - PROQNOZ
-
300 bal toplayan abituriyentin nəticəsi niyə rəsmi siyahıya düşməyib? - AÇIQLAMA
-
300 bal topladı - Adı siyahıda yoxdur
-
Həsən Əliyev küçəsi nə vaxt təmir olunacaq?
-
Şükürbəyliyə növbəti köç karvanı yola salınıb
-
Rusiyada xərçəngə qarşı peyvənddən istifadə edildi
-
Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib - FOTO
-
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
-
Sumqayıt sakinlərinə SEVİNDİRİCİ XƏBƏR
-
Mətanət İsgəndərlinin bacısının evindən oğurluq edən şəxs TAPILDI
-
Maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı
-
“Neftçilər kruqu”əslində necə adlanır?
-
Bu gündən güclü geomaqnit qasırğası başlayır
-
İsmayıllı-Lahıc yolunda hərəkət bərpa EDİLDİ - YENİLƏNİB
-
Sabah Bakıda WUF13 başlayır
-
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
-
Xarici ölkə vətəndaşlığını qəbul etmiş şəxs müddətli həqiqi hərbi xidmətə çağırılır?
-
Bölgələrdə pensiyalar bu tarixdə VERİLƏCƏK





