Bakıda güclü qar gözlənilir? - hazırlıqlar başladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.
Milli.Az xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətindən məlumat verilib.
Müşavirələrin əsas məqsədi rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlər müzakirəsidir.
Növbəti müşavirələr paytaxtın Xəzər, Pirallahı və Qaradağ rayonlarında keçirilib. Müşavirələrdə qeyd edilib ki, rayon İcra Hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri qarlı günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar. Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.
Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırış edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Boks üzrə ölkə çempionunun meyiti tapıldı
-
"Özüm yetim olsam da, sizi yetim qoymadım"
-
Azərbaycan Milli Konservatoriyasının “Mirasdan müasirliyə” adlı hesabat konserti baş tutdu – FOTO
-
“Mançester Siti” 8-ci dəfə İngiltərə Kubokunu qazanıb
-
Uşağına görə məzuniyyətə çıxan valideynlərin nəzərinə
-
“4-cü Bakı Müasir Musiqi Günləri” Festivalı keçiriləcək - FOTO
-
Məşhur aktyor özbək xanımla evləndi
-
Azərbaycan Milli İncəsənət Muzeyində “Arif Məlikovun izi ilə...” adlı musiqi axşamı keçirilib - FOTO
-
Sabah Bakıda WUF13 tədbiri işə başlayır
-
Müəllimlərin sertifikasiya imtahanının vaxtı açıqlandı
-
Onlar da boşandı - FOTOLAR
-
“Qarabağ” darmadağınla Avroliqaya vəsiqəni rəsmiləşdirdi
-
Bölgələrə qar və dolu yağır
-
Bəzi ərazilərdə işıq olmayacaq
-
"Yaxınlarınıza nəsə olsa, bilin ki, bizim bəddualarımızın nəticəsidir"
-
Toğanlıda ağır qəza - Xəsarət alanlar var
-
“Sabah” baş məşqçisi ilə yollarını ayırdı
-
Haqqında film çəkilən deputat vəfat etdi - FOTO
-
AZAL Naxçıvana uçuşları təxirə saldı
-
Azərbaycanda 4 günlük iş həftəsi tətbiq OLUNUR?
-
Hakan Fidan İstanbulda Əli Baqerini qəbul edib
-
Bu bölgəyə güclü dolu yağdı
-
Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQ - YENİLƏNİB
-
Ordumuz yaz-yay rejiminə keçdi





