Mədəniyyət

“4-cü Bakı Müasir Musiqi Günləri” Festivalı keçiriləcək - FOTO

16 May 2026 20:05
Baxış: 288
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilatçılığı ilə 18-24 may tarixlərində "4-cü Bakı Müasir Musiqi Günləri" Festivalı keçiriləcək. 

Növbəti dəfə müasir musiqi sahəsində fəaliyyət göstərən yerli və xarici bəstəkar və ifaçılar bir araya gələcək. Bu ilki festivalın da missiyası ölkəmizin dünya müasir musiqi həyatında təmsilini gücləndirməkdir. 

May ayının 18-dən 24-nə qədər davam edəcək festivalda proqrama daxil olan XX-XXI əsr bəstəkarlarının əsərlərini həm yerli musiqi kollektivləri Cadenza orkestri, BCMS ansamblı, solistlər, həm də  nüfuzlu müasir musiqi ansamblları olan Catinblack, C2E2  Ensemble, eləcə də müxtəlif ölkələrdən dəvət olunmuş ifaçı solistlər və məruzəçilər - Szilard  Benes, Aleksey Potapov, Rachel Walker və b. ifa edəcək. 

Festival proqramı səhər, günorta, axşam seanslarından ibarətdir və ictimaiyyətə açıqdır. Proqram çərçivəsində Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Muzey Mərkəzi, Qara Qarayevin Ev Muzeyi kimi aparıcı konsert zallarında həm peşəkar musiqiçilər, həm də müasir musiqi ilə maraqlanan hər kəs üçün açıq olan vorkşoplar, mühazirələr, eləcə də axşam konsertləri keçiriləcək.

Proqram dünya premyeraları da daxil olmaqla, 40-a yaxın əsəri əhatə edir. İfa olunacaq bəzi əsərlər xüsusi olaraq bu festival üçün yazılmışdır. 

Bakı Müasir Musiqi Günləri Festivalının son günündə ənənəvi olaraq Azərbaycan dilində subtitrlərlə hazırlanmış nüfuzlu dünya bəstəkarlarından biri olan Morton Feldman haqqında  film nümayişi olacaq. Bu tədbirə giriş üçün əvvəldən qeydiyyat tələb olunur (yerlər məhduddur). 

Festival haqqında daha ətrafı məlumatı rəsmi internet saytından və sosial şəbəkə hesablarından (Facebook, İnstagram) əldə etmək olar. 

https://www.facebook.com/share/19pjYkf4fN/

https://www.instagram.com/baku.contemporary.music.soc?igsh=ZWRieXg0eXR2M3E5

https://bakucontemporarymusic.my.canva.site/?fbclid=PAQ0xDSwKPCAZleHRuA2FlbQIxMQABp0wobAzZjahHRABhgSVOh1HIUZmoJvNV4QClZ--CSm8U0EtSrAduLmYyXkvp_aem_51AnGlINOLRPHaGcMdLNTA

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.