Azərbaycan Milli Konservatoriyasının “Mirasdan müasirliyə” adlı hesabat konserti baş tutdu – FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Milli Konservatoriyasının "Mirasdan müasirliyə" adlı hesabat konserti baş tutdu. Azərbaycan musiqi sənətinin zəngin ənənələrini və müasir ifaçılıq məktəbini bir araya gətirən gecə dinləyicilərə unudulmaz sənət proqramı təqdim etdi.
Tədbir Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadənin çıxışı ilə açıldı.
Musiqili proqramda ilk olaraq dahi bəstəkar Ü.Hacıbəylinin "Cəngi" əsəri ifa edildi.Dirijorlar Ellada Məmmədova, Aysel Bağırovanın rəhbərliyi, Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə (konsertmeysterlər - Ağarəhim Salah, Zərrin Muradova, nağarada Siyavuş Kərimov və zərb alətlərində Səyyar Teymurov) solistlər - Xalq artisti Ənvər Sadıqov və tələbələri, (pianoda Taleh Ağayev, zərb alətlərində Elvin Bəşirov, Bəhram Mahmudov), Mənsum İbrahimov, Elçin Həşimov (tar), Əməkdar artistlər Elnur Əhmədov (kamança), Emil Əfrasiyab (piano), Təyyar Bayramov, Bəyimxanım Vəliyeva, Ramil Qasımov, Zenfira İsmayılova, Fəridə Məmmədova və tələbələri, Salman Qəmbərov (piano), Pikə Axundova (bəstəkar), İbrahim Babayev və tələbələri, eləcə də Arifə İmanova, Nurəddin Tağıyev, "Naz" vokal ansamblı (bədii rəhbər Xanımana Məmmədzadə), Mədinə Şahgəldiyeva, Taleh Yahyayev və Leyla Abdulrəhimova, Natavan Həsənova (qanun), Surə Rufət Həsənli (violin), Cəlalə İsmayılzadə (violonçel), Svetlana Əhmədova (piano), Konservatoriyanım tələbələrindən ibarət xor kollektivinin (bədii rəhbər və dirijor Əməkdar müəllim Təranə Yusifova, pianoda Tamara Nəhmədova) iştirakı ilə Azərbaycan bəstəkarlarının əsərləri, Azərbaycan muğam və xalq musiqisi geniş şəkildə təqdim edildi.
"Mirasdan müasirliyə" adlı hesabat konserti Azərbaycan Milli Konservatoriyasının milli musiqi ənənələrinin qorunması, gənc istedadların inkişafı və peşəkar musiqi təhsilinin təbliği istiqamətində gördüyü işlərin parlaq nümunəsinə çevrildi.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“El Calor en Baku – Azerbaijan Tango Festival” Beynəlxalq Tanqo və Mədəniyyət Festivalının proqramı təqdim olunub
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Hacı Qara” tamaşasının premyerası keçiriləcək
-
Flora Kərimovanın səhhəti ilə əlaqədar “Bakı gecələri” konserti sentyabr ayına təxirə salındı
-
Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya müalicəsinə göstərdiyi xüsusi diqqətə görə təşəkkür edib - FOTO
-
Bakıda mövsümün musiqi imzası təqdim olundu – Signature Gala Night – FOTO
-
Bakıda qeyri-idman rəqsləri üzrə Azərbaycan çempionları müəyyənləşdi: Zəfərlə dolu mövsümün yekunları - FOTO
XƏBƏR LENTİ
-
Dağılmayan turşulu kiftə resepti
-
Neçə dəqiqəyə günəş yanığı yaranır?
-
Gecə yuxusu üçün ən ideal otaq temperaturu açıqlandı
-
Hindistan qozu qabıqlarını yolların altına döşəməyə başladılar
-
Dəqiqələr ərzində hazır: Tavada brauni resepti
-
Elman Paşayevin oğlu həbs edildi
-
Ermənistan ABŞ ilə birgə hərbi təlimlərə başlayır
-
Azərbaycanda xanəndə dünyasını dəyişdi
-
Azərbaycanda Məhərrəm ayı başlayıb
-
Günün qoroskopu: Riskli investisiyalardan uzaq durun
-
İzzət Bağırovun oğlu məzun oldu - FOTO
-
"Space" TV-də yüksək vəzifəyə təyinat
-
“Turan Tovuz” avrokuboka buraxılmadı - CAS-dan yekun qərar
-
Asenanın son halı - tanımaq olmur - FOTO
-
Yeddi il əvvəl əkinə başladı - hər ağacdan 300 kq məhsul götürür – FOTO
-
Köhnə Günəşlidə binada yanğın - VİDEO
-
“El Calor en Baku – Azerbaijan Tango Festival” Beynəlxalq Tanqo və Mədəniyyət Festivalının proqramı təqdim olunub
-
Pezeşkian ABŞ ilə yekun razılaşmadan danışdı
-
Kafedə yemək yediyi yerdə boğuldu - Xilas edilmə görüntüləri - VİDEO
-
İspaniya Kabo Verde ilə oyunda xal itirib - YENİLƏNİB
-
Matçın ilk 30 dəqiqəsində topa toxunmadı
-
Hörmüzün tam açılacağı tarixi açıqlandı
-
Gəncədə iki avtomobil toqquşub - xəsarət alanlar var
-
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib





