Dünya

Jair Bolsonaro həbs olundu

22 Noyabr 2025 16:22
Baxış: 140
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Braziliyanın 2019-2022-ci illərdə dövlət başçısı olmuş Jair Bolsonaro həbs olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Dövlət çevrilişi işi üzrə 27 il müddətinə azadlıqdan məhrum edilmiş keçmiş prezident buna qədər şərti azadlıqda - ev dustaqlığında idi.

Bolsonaro 2023-cü ilin yanvarında Lula da Silvanın hakimiyyətə gəlməsinin qarşısını almaq məqsədilə bir qrup şəxslə əlbir olmaqda təqsirli bilinib. Oktyabrın sonunda Bolsonaronun vəkilləri respublikanın Ali Məhkəməsinə (STF) apellyasiya şikayəti vermişdilər. Müdafiə tərəfi siyasətçinin 27 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı məhkəmə qərarında səhvlərin olduğunu iddia edirdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.