Ötən gün paytaxtın Yasamal rayonu, Mirəli Seyidov 19 A ünvanında çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı sakinlər hələ də binaya buraxılmır.
Milli.Az xəbər verir ki, buna səbəb çoxmərtəbəli yaşayış binasında kommunal təsərrüfatların əsasən də elektrik enerjisi təsərrüfatının sıradan çıxmasıdır.
Bina və ərazi polis əməkdaşları tərəfindən nəzarətdə saxlanılır.
Qeyd edək ki, yaşayış binasının altındakı restoranın da fəaliyyəti artıq dayandırılıb.
Milli.Az





