Müğənni Kəmalə Günəşlinin illər öncə toy məclislərindən birində lentə alınmış görüntüləri sosial şəbəkələrdə yayılaraq böyük marağa səbəb olub.
Milli.Az xəbər verir ki, o, Əməkdar artist Elnarə Abdullayeva ilə eyni səhnəni bölüşüb.
Paylaşılan videoda Kəmalə Günəşlinin o dövrdəki görünüşü izləyicilərin diqqətini çəkib. Sosial mediada istifadəçilər sənətçinin indiki halı ilə müqayisədə xeyli fərqli görünməsini müzakirə ediblər.
Bəzi izləyicilər onun görünüşündəki dəyişimin səbəbləri ilə bağlı müxtəlif fikirlər irəli sürüblər.
Video qısa zamanda sosial şəbəkələrdə yayılıb.
Hüseyn
Milli.Az





