Maraqlı

Sirkə və sodasız tıxanıqlığı açan üsul: Yarım stəkan bəs edir

22 Noyabr 2025 08:41
Baxış: 96
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mətbəx və vanna otağı çanaqlarında zamanla toplanan yağ, sabun qalıqları, qəhvə tortası və saçlar suyun axınını zəiflədərək tıxanmaya səbəb ola bilir. Bu kimi problemlərin böyüməsinin qarşısını almağın ən yaxşı yolu isə mütəmadi qulluq və sadə təmizləmə üsullarıdır. 

Milli.Az xəbər verir ki, sirkə və soda istifadə etmədən tıxanıqlığın açılması üçün ən pratik üsullardan biri yarım stəkan duz və ya limon duzu ilə qaynar suyun birləşməsidir. Bu qarışım borularda yüngül torta və yağ qatı olan hissələrin yumşalmasını təmin edir.

İsti su ilə qarışan duz dənələri borunun içində yağ və kir qatının yumşalmasına kömək edir. Kimyəvi maddələr qədər güclü olmasa da, mütəmadi tətbiq edildikdə borudakı yüngül tıxanmaları aradan qaldırmaq üçün kifayət edir.

Bunun üçün çanağa yarım stəkan duz və ya limon duzu tökün.

Üzərinə qaynar su əlavə edin.

Bir neçə dəqiqə gözləyin.

Daha sonra çanağı yenidən isti su ilə durulayın.

Bu üsul xüsusilə borunun içində qabıqlaşmağa başlayan kir qatını yumşaldaraq daha təmiz səth yaradır.

Ev təmizliyində geniş istifadə edilən karbonat və sirkə birlikdə istifadə olunduqda çox zaman gözlənilən təsiri vermir. Bu iki maddə bir-birinin təsirini neytrallaşdırır və yalnız köpüklənmə yaradır. Yüngül tıxanmaları açsa da, tək başına güclü təmizləyici deyil.

Duzla birlikdə az miqdarda sirkə əlavə edilməsi isə borudakı bakteriyaları azaltmağa və pis qoxunun qarşısını almağa kömək edə bilər.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.