Məşur italiyalı müğənni öldü - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İtaliyanın sevilən müğənnisi Ornella Vanoni 91 yaşında vəfat edib.
Milli.Az xəbər verir ki, İtaliyanın "Senza Fine" və "L'appuntamento" kimi beynəlxalq hitləri ilə tanınan sənətçisi Milandakı evində ürək tutmasından vəfat edib.
İtaliyanın Baş naziri Corciya Meloni "X" sosial şəbəkəsində etdiyi paylaşımda Vanoninin ölümündən böyük kədər hissi keçirdiyini bildirib: "Onun bənzərsiz səsi nəsillər boyu İtaliya mədəniyyətində iz qoyub. İtaliya təkrarsız bir sənətkarını itirdi."
Ornella Vanoni karyerası boyunca 100-dən çox albom buraxıb və 55 milyondan artıq satışa imza atıb. Bu uğurları ona "İtalyan mahnısının xanımı" ləqəbini qazandırıb.
1937-ci ildə Milanda doğulan Vanoninin ilk marağı teatr olub və o, 1964-cü ildə Broadway səhnəsində də çıxış edib. Lakin cazdan popa qədər geniş musiqi repertuarı və özünəməxsus ifa tərzi onu musiqi dünyasında əvəzsiz bir fiqura çevirib.
Vanoninin məşhur italiyalı bəstəkar Gino Paoli ilə həm sənət əməkdaşlığı, həm də eşq münasibəti nəticəsində yaranan "Senza Fine" mahnısı 1961-ci ildə onun beynəlxalq arenaya çıxışını təmin edib.
Sonrakı illərdə o, Gil Evans, Herbie Hancock və George Benson kimi dünyaca tanınmış musiqiçilərlə də əməkdaşlıq edib.
Ornella Vanoni İtaliyanın ən nüfuzlu musiqi festivallarından olan Sanremo Musiqi Festivalında səkkiz dəfə iştirak edib və 1968-ci ildə "Casa Bianca" mahnısı ilə ikinci yerə layiq görülüb.
Bundan əlavə, o, iki dəfə Tenco mükafatını qazanaraq həm söz yazarı, həm də ifaçı kimi bu mükafatı alan yeganə qadın olub.
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Nanə Ağamalıyeva uzun aradan sonra - (Foto)
-
Röya tanınmaz obrazda - (Foto/Video)
-
“Bədbəxt, evdə dəyəri olmayan qadınlar mənə ağızlarına gələni yazırlar” - Nigar Şabanova
-
“Mən əməliyyatda olanda bacımın ürəyi gedib” - Mətanət İsgəndərli
-
Rəşad İlyasov Firuzə İbadovanın evinə gedib, onunla mahnı oxudu - (Video)
-
Məşhur aktyor metroda gecələdi - (Foto)
XƏBƏR LENTİ
-
Klassik duş kabinləri tarixə qovuşur: Hamamlarda yeni nəsil təmizlik və dizayn dövrü
-
Paket çaylarda mikroplastik təhlükəsi: Tək bir fincana 2500 hissəcik keçir
-
2026-cı ilin payızının 11 dəbli qısa saç kəsimi
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Üzün bir tərəfi niyə daha tez qocalır?
-
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
-
Ev açarlarını bu 3 yerə qoymayın
-
Çayın acılığını və bulanıqlığını yox edir: Dəmliyə 2 ədəd atmaq kifayətdir
-
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
-
Günün qoroskopu: Tərəfdaşlıq və ya müqavilə imzalaya bilərsiniz
-
Cəmil Kamilliyə və Elşad Məmmədliyə vaxtından əvvəl xüsusi rütbə verildi - (Foto)
-
Fransada etiraz aksiyalarında 422 nəfər saxlanılıb
-
Nanə Ağamalıyeva uzun aradan sonra - (Foto)
-
İki cüdoçumuz Avropa çempionu olub
-
Röya tanınmaz obrazda - (Foto/Video)
-
Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub - (Foto)
-
Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir - (Foto)
-
Qaxda 7 nəfərin zəhərlənməsinin səbəbi məlum olub - Yenilənib
-
Sumqayıtda zəncirvari qəza olub
-
Faciəvi şəkildə ölən Elçinin (Fotosu)
-
Super Liqa: “Fənərbaxça” turu məğlub başa vurub
-
Aydan Salahovanın “Qız Qalası” layihəsi Azərbaycan Milli İncəsənət Muzeyində açıldı - (Foto)
-
Lənkəranda oyuncaq silahlı şəxs saxlanıldı - (Video)
-
“Yüz faiz cəzalanacaqlar” - Qurban Qurbanov bugünkü dava haqqında





