Yatanda mədəniz qıcıqlanırsa, belə edin
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəzi yatış pozaları həzm sisteminə zərər verir.
Milli.Az xəbər verir ki, bunu rusiyalı qastroenteroloq Anastasija Qostrous deyib.
"İnsanın yatdığı poza həzm sisteminə düşündüyümüzdən daha ciddi təsir göstərir. Yanlış vəziyyətdə yatmaq gecə qarşısı alınmayan yanma hissinə şişkinliyə və qarın narahatlığına səbəb olur".
Həkimin sözlərinə görə gecə həzm sisteminə əsas təsir göstərən amil cazibə qüvvəsidir. Bunun nəticəsində mədədə olan turşu və qida qalıqları daha asan şəkildə qida borusuna qalxa bilir. Bu hal reflüks olaraq tanınır və bir çox insanda gecə yanma hissi yaradır.
Mütəxəssis həzm problemi yaşayan insanlar üçün ən uyğun yatış pozalarını sadalayıb. Ən ideal variant sol böyrü üstə yatmaqdır. Bu vəziyyətdə mədə qida borusundan aşağıda olur və turşunun yuxarı qalxması çətinləşir. Həkim bildirib ki sol böyrü üstə yatmaq eyni zamanda mədəaltı vəzin və qaraciyərin yükünü azaldır və həzm prosesinin daha rahat getməsinə kömək edir. Araşdırmalar da bu pozanın gecə yanma hallarını azaltdığını göstərir.
İkinci uyğun poza belüstü yatmaqdır lakin burada bədənin yuxarı hissəsi bir qədər qaldırılmış olmalıdır. Bu zaman turşunun qida borusuna qalxması daha çətin olur. Həkim əlavə edib ki bunun üçün bir neçə adi yastığı artırmaq düzgün deyil. Çünki bu vəziyyət boyunda gərginlik yaradır. Ən yaxşısı bu məqsəd üçün nəzərdə tutulmuş xüsusi yastıqdan istifadə etməkdir.
Qostrousun fikrincə ən əlverişsiz pozalar sağ böyrü üstə və qarınüstü yatmaqdır. Sağ böyrü üstə yatan zaman mədə qida borusu ilə müqayisədə yuxarı qalır və turşunun geri qayıtma riski artır. Qarınüstü yatanda mədə və bağırsaq mexaniki təzyiq altında qalır. Bu isə onların normal fəaliyyətini çətinləşdirir və narahatlıq yaradır.
Həkim bildirib ki yatış pozası doğru olsa da digər qaydalara əməl etmək də vacibdir. Yuxudan üç dörd saat əvvəl yeməkdən çəkinmək lazımdır. Axşam ağır qidalardan uzaq durmaq məsləhətdir. Stress həzm sistemini zəiflətdiyi üçün yatmazdan əvvəl sakit bir mühit yaratmaq faydalıdır.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
-
Evdə stress yaradan 5 şey
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı
-
Türkiyədə yeni neft yataqları tapıldı
-
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan
-
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
-
Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq
-
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
-
Azərbaycan Türkiyəyə başsağlığı verdi
-
Raul Qonsales "Ovyedo"nun baş məşqçisi təyin olunub
-
Tuncay Şamil 50-ci yubiley dünya çempionatının gümüş medalını qazandı
-
Hansı sürət yanacağa qənaət edir? - Sürücülər üçün "qızıl rəqəm" açıqlandı
-
Şəmkirdə vəzifəli şəxs vəfat etdi
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında Hacıqabul rayonundan paylaşım edib - (Foto/Video)
-
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: “1 nömrə mənəm”
-
Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib
-
Polşada terror aktı ilə bağlı beş nəfər saxlanılıb
-
Totti "Fənərbağça"a üçün İstanbula getdi





