Siyasət

“Şuşa-Xankəndi yolunda hərəkətin bərpası üçün danışıqlar davam edir” - Rusiya MN

15 Dekabr 2022 23:32
Baxış: 1 648

Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları Şuşa-Xankəndi yolunda hərəkətin bərpası üçün Azərbaycan və Ermənistan tərəfləri ilə danışıqlar aparırlar.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Rusiya sülhməramlı kontingentinin komandanlığı vəziyyətin sabitləşdirilməsi və Şuşa-Xankəndi yolunda hərəkətin bərpası üçün Azərbaycan və Ermənistan tərəfləri ilə danışıqlar prosesini davam etdirir", - məlumatda deyilir.

Nazirlikdən bildirilib ki, sülhməramlılar həmçinin ərazidəki otuz müşahidə məntəqəsində gecə-gündüz monitorinq aparırlar.

"Rusiya sülhməramlılarının məsuliyyət zonasında heç bir pozuntu və ya təxribat qeydə alınmayıb", - deyə nazirlik əlavə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory