Yaşlandıqca zaman niyə daha sürətli keçir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yaş artdıqca insanların çoxu eyni hissi yaşayır: "Zaman getdikcə daha sürətli keçir."
Elm insanları bu təsirin arxasında duran səbəbi aydınlaşdırmaq üçün beyin fəaliyyətlərini təhlil ediblər və maraqlı nəticələr əldə olunub.
Milli.Az xəbər verir ki, mütəxəssislərə görə, uşaqlıq dövründə beyin çoxlu yeni məlumat qəbul edir və hər şey ilk dəfə yaşanır. Bu səbəbdən, zaman daha "yavaş" keçir kimi görünür.
Yaş artdıqca isə yeni təcrübələr azalır, beyin artıq tanış hadisələrlə qarşılaşdığı üçün zaman hissi sürətlənir.
Beynəlxalq bir araşdırma qrupu, nəticələri Communications Biology adlı elmi jurnalda dərc olunan yeni tədqiqatında bu mövzuya elmi cavab tapmağa çalışıb.
Elm insanları Kembric Yaşlanma və Neyroelm Mərkəzinin uzunmüddətli tədqiqat məlumatlarından istifadə ediblər. Yaşları 18-dən 88-ə qədər dəyişən 577 nəfər iştirakçıdan, Alfred Hitchcock Presents serialının "Bang! You're Dead" adlı 8 dəqiqəlik hissəsini izləmələri istənilib.
Bu zaman onların beyin fəaliyyəti funksional MRT cihazı ilə izlənilib.
Bu video, beyinin hadisələri ardıcıl şəkildə necə izlədiyini öyrənmək üçün ideal vasitə kimi seçilib.
Elm adamları xüsusi bir alqoritm vasitəsilə, beynin bir vəziyyətdən digərinə keçidini izləyiblər.
Nəticədə məlum olub ki, yaşlı iştirakçıların beyni videodakı hadisələr zamanı yeni fəaliyyət vəziyyətlərinə daha az keçid edir və bu vəziyyətlər daha uzun sürür.
Bu da onu göstərir ki, eyni vaxt aralığında beynin daha az dəyişiklik yaşaması, yaşlı insanlarda "zaman daha sürətlə keçir" hissinə səbəb olur.
Tədqiqatçılar bu nəticəni Aristotelin zaman anlayışı ilə də əlaqələndiriblər:
"Bir zaman kəsiyində nə qədər çox hadisə baş verirsə, həmin dövr bir o qədər uzun hiss olunur."
Tədqiqatda iştirak etməyən dilçi Joanna Şadura bildirib ki, hər bir insanın iki fərqli zaman hissi var:
- Cəmiyyətin ölçdüyü rəsmi zaman - saatlar, günlər, illər.
- Beynimizdəki daxili zaman - şəxsi hiss və təcrübələrə əsaslanır.
Məsələn, bir il, 5 yaşlı bir uşaq üçün həyatının 20 faizinə, 50 yaşlı bir insan üçünsə cəmi 2 faizinə bərabərdir. Bu səbəbdən, zamanın keçmə hissi yalnız beyindəki neyron fəaliyyətlə deyil, həm də daxili ölçmə tərzimizlə bağlıdır.
Tədqiqatın müəlliflərindən biri Linda Geerligs deyib: "Yeni şeylər öyrənmək, səyahət etmək və fərqli fəaliyyətlərə qatılmaq, geriyə baxdıqda zamanın daha yavaş keçdiyi hissini yarada bilər."
O, əlavə edib ki, sevinc gətirən sosial münasibətlər və mənalı fəaliyyətlər, zamanın daha dolu və mənalı keçdiyi hissini gücləndirir.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Fənərbağça”nın yeni baş məşqçisi bəlli oldu
-
Tarixdə ən gənc "Formula-1" çempionu oldu
-
Efirə zəng edən qadının sözləri Elgizi özündən çıxardı - (Video)
-
Pərvin Abıyeva: "Övlad sahibi olacağam, amma mənə kişi lazım deyil" - (Video)
-
Çimnaz Sultanovanın əsl ölüm səbəbi bu imiş
-
Makqreqor qərarını açıqladı: “Sonuncu olacaq”
XƏBƏR LENTİ
-
“Fənərbağça”nın yeni baş məşqçisi bəlli oldu
-
Bakının mərkəzində piyadanı maşın vurdu - (Foto)
-
Tarixdə ən gənc "Formula-1" çempionu oldu
-
"Vikinq" – "Sabah" matçını hansı hakim idarə edəcək?
-
İranla sərhədimizdə PUA məhv edildi
-
Ayın 3-də şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - (Video)
-
Dərsə gəlməyən şagirdlər attestat ala bilməyəcək? - Rəsmi açıqlama
-
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
-
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunur?
-
Binə qəsəbəsində evlər sökülür: Kvadratmetrinə 1200 manat verilir
-
Kiyevdə elektrik enerjisi kəsildi, nəqliyyat iflic oldu
-
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər
-
Bu ərazilərdə ev almaq istəyənlər tələssin - dəmir yolu qiymətləri dəyişəcək
-
Qarabağda bir ayda 799 mina, 3 mindən çox sursat tapıldı
-
Keçən il 3 manat idi - Qiyməti kəskin düşdü
-
Saatda 15 meteor görünəcək - Tarix və saat açıqlandı
-
Azərbaycanla bağlı dezinformasiya yayılır - Media və Yayım Şurasından xəbərdarlıq
-
"Araz Supermarket" barədə protokol tərtib olunub
-
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
-
Bakıda piyadalar üçün yenilik - İki küçədə hərəkət qaydası dəyişdi
-
Efirə zəng edən qadının sözləri Elgizi özündən çıxardı - (Video)
-
200 min manatlıq rüşvət işi məhkəməyə göndərildi - 3 vəzifəli şəxs həbs edildi
-
60 santimetr uşaq saç 300 manata satılır: Pul qazanmaq, yoxsa istismar?





