Sağlamlıq

Kişilər siqaretdən asılı olur, qadınlar isə... - Yeni kəşf

25 Fevral 2025 06:06
Baxış: 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Yel Universitetinin alimləri kişi və qadınların beyinlərinin siqaretə fərqli reaksiya verdiyini aşkar ediblər.

Hər il dünyada on milyonlarla insanın ölümünə səbəb siqaretdir. Məlumdur ki, siqaret birbaşa və ya dolayı yolla bir neçə növ xərçəng, ürək və damar xəstəliklərinin inkişafına səbəb olur.

Yel Universitetinin alimləri kişi və qadınların beyinlərinin siqaretə necə reaksiya verdiyini izləmək üçün MRT texnologiyasından istifadə ediblər. Məlum oldu ki, cinslər arasında müəyyən fərqlər var.

Kişilər və qadınlar siqaret çəkəndə beynin müxtəlif hissələri aktivləşir, baxmayaraq ki, hər ikisi vərdişlərin formalaşmasına cavabdeh idi. Məlum olub ki, kişilər qadınlardan daha sürətli nikotinə reaksiya verirlər, çünki güclü cinsin nümayəndələri dofamini daha sürətli ifraz edirlər.

Bu, kişilərin nikotinin asılılığından siqaret çəkdiyini, qadınların isə mənfi düşüncələrdən qurtulmaq üçün siqaret çəkməyə üstünlük verdiyini dəstəkləyir.

Tədqiqatçılar hesab edirlər ki, onların kəşfi siqaretlə mübarizənin yeni üsullarına səbəb ola bilər.

Tədqiqatın müəllifi, psixiatriya professoru Kelli Kosqrovun sözlərinə görə, elm adamları nəzəri cəhətdən nikotin əvəzediciləri yaratmağa qadirdirlər ki, onlar tipik siqaret çəkən kişilərə təsir edə bilər, lakin qadınlara təsir etmir. /Medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.