İdman

"Qarabağ" "Atletik Bilbao" ilə üz-üzə gələcək

22 Oktyabr 2025 09:54
Baxış: 465
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 3-cü tura bu gün yekun vurulacaq.

Milli.Az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" ikinci oyun günündə İspaniyada "Atletik Bilbao" ilə üz-üzə gələcək.

"San Mames" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Matçda ədaləti İqor Payaçın başçılıq etdiyi Xorvatiyadan olan hakimlər briqadası qoruyacaq..

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində üçüncü turun növbəti oyunları da keçiriləcək.

22 oktyabr

UEFA Çempionlar Liqası

III tur

Saat 20:45, "Atletik Bilbao" - "Qarabağ";

Saat 20:45, "Qalatasaray" - "Budyo/Qlimt";

Saat 23:00, "Atalanta" - "Slavia Praqa";

Saat 23:00, "Bavariya" - "Brügge";

Saat 23:00, "Çelsi" - "Ayaks";

Saat 23:00, "Ayntraxt Frankfurt" - "Liverpul";

Saat 23:00, "Monako"- "Tottenhem";

Saat 23:00, "Real Madrid" - "Yuventus";

Saat 23:00, "Sportinq"- "Marsel".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.