Şou-biznes

Məşhur serial yayımdan qaldırıldı - FOTO

21 Oktyabr 2025 20:28
Baxış: 699
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ATV-nin sevilən serialı "Aşk ve Gözyaşı" bu həftə kanalın yayım axınında yer almayıb.

Milli.Az xəbər verir ki, baş rollarını Hande Erçel və Barış Arduçun paylaşdığı ekran işi, son həftələrdə həm ssenari müəllifinin dəyişməsi, həm də aşağı reytinqlər səbəbilə "erkən final" iddiaları ilə gündəmə gəlmişdi.

ATV-nin 24 oktyabr Cümə günü üçün açıqladığı yayım cədvəlində serialın yeni bölümü yer almayıb. Onun əvəzində xüsusi bölüm (öncəki bölümlərin xülasəsi) yayımlanacaq. 

Yapım qrupundan əldə edilən məlumata görə, serialın ssenari tərəfində baş verən dəyişikliklər səbəbilə yeni bölümun nümayişi müvəqqəti olaraq təxirə salınıb.

Hazırda serialın tamamilə yayım planından çıxarılıb-çıxarılmadığı və ya final edib-etməyəcəyi barədə rəsmi açıqlama verilməyib. 

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.