Azərbaycanlıların sevimli mürəbbəsi ilə bağlı həkimdən xəbərdarlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyalı həkim feyxoadan hazırlanan mürəbbənin bəzi hallarda sağlamlıq üçün təhlükəli ola biləcəyini bildirib.
Milli.Az xəbər verir ki, qastroenteroloq Yevgeni Belousovun sözlərinə görə bu mürəbbə düzgün bişirildikdə və az miqdarda qəbul edildikdə faydalı ola bilər, lakin şəkərli diabet, hipertiroidizm və allergiyası olan şəxslər üçün zərərli təsir göstərə bilər.
Mütəxəssis bildirib ki, şəkərin yüksək tərkibinə görə diabet xəstələrinin bu mürəbbədən imtina etməsi lazımdır. Hətta şəkər əvəzinə şirinləşdirici istifadə edildikdə belə, feyxoandakı fruktoza qanda şəkərin səviyyəsini artıra bilər. Asan mənimsənilən karbohidratların çoxluğu isə orqanizmdə piy yığılmasına səbəb olur. Tərkibindəki yod miqdarına görə feyxoa hipertiroidizmi olan insanlara da əks göstərişdir. Həkim həmçinin allergiya riskini və mədə turşuluğu yüksək olan qastrit və ya mədə yarası xəstələrində bu məhsulun selikli qişanı qıcıqlandıra biləcəyini xatırladıb.
Belousov böyüklərə gündə ən çox iki çay qaşığı, üç yaşdan yuxarı uşaqlara isə yarım qaşıqdan artıq olmamaqla həftədə iki-üç dəfə feyxoa mürəbbəsi yeməyi məsləhət görüb.
Onun sözlərinə görə, bu mürəbbənin müsbət tərəfləri də var. Tərkibindəki lif və pektin bağırsaq hərəkətini stimullaşdırır və toksinlərin xaric olunmasına kömək edir. Bişirildikdən sonra belə, mürəbbədə qalan flavonoidlər orqanizmdə oksidləşmə stressini və iltihabı azaldır. Feyxoa mürəbbəsi yod mənbəyidir, bu da yod çatışmazlığı olan bölgələrdə yaşayanlar üçün faydalıdır. Vitamin C və bitki mənşəli maddələr immun sistemini gücləndirir. Həkim qeyd edib ki, şəkərin miqdarı məntiqli saxlanıldıqda feyxoa mürəbbəsi sənaye üsulu ilə hazırlanmış desertlərə nisbətən daha sağlam seçimdir.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda zeytun festivalı başlayıb – üç gün qastronomik yeniliklər, milli ənənələr və konsertlər - (Foto)
-
Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi - (Foto)
-
Robert Köçəryanın həbs müddəti daha iki ay uzadılıb
-
Qazaxda TIR yandı - (Video)
-
Hindistan yanaşmasını dəyişir - Qafqazda daha balanslı siyasət yürüdəcək
-
Bu şəxslərə dövlət dəstəyi şamil olunmayacaq
-
Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alındı - (Foto)
-
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi - XİN
-
Qarlı zirvələrdə yeni idman tarixi yazılacaq: “Snow Polo World Cup Azerbaijan-2027”
-
4 rayonda ağackəsənlər təbiətə 40 min manat ziyan vurub
-
Türkiyə Dəyanət Vəqfinin rəhbərliyi işdən çıxarıldı
-
Bütün sosial müavinətlər ödənildi
-
PSJ - "Lion" matçı buna görə təxirə salındı
-
Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
-
Hande Erçelin 24 saatlıq paylaşımından qazandığı məbləğ təəccübləndirdi
-
Vəfa və Nəfəsdən Aysuna cavab: Makiyajsız videoları tənqid olundu - (Video)
-
Buraxılış və qəbul imtahanları ilə bağlı vacib qərar
-
ABŞ İranla müharibəni nə vaxta qədər davam etdirəcək?
-
Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
-
Azərbaycanda kombilər dəyişdiriləcək?
-
Gəncədə MAN, BMW və təcili yardım maşını toqquşdu
-
İordaniyada kilsəyə silahlı hücum - 7 nəfər öldü
-
“Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?
-
İtaliyada güclü zəlzələ baş verib





