Dünyanın ən populyar mesajlaşma tətbiqi "WhatsApp" istifadəçiləri üçün böyük yenilik hazırlayır.
Milli.Az xəbər verir ki, yeni funksiya ilə istifadəçilər artıq özlərinə unikal istifadəçi adları yarada və onları rezerv edə biləcəklər.
İstifadəçi adları ən azı 3, ən çoxu 30 simvoldan ibarət olacaq. Bu yenilik sayəsində "WhatsApp" digər sosial media platformalarındakı kimi şəxsi kimlik yaratmaq imkanı təqdim edəcək.
Funksiya ilkin olaraq iOS istifadəçiləri üçün beta versiyada sınaqdan keçirilir. Qısa müddət sonra isə bütün platformalarda istifadəyə veriləcəyi gözlənilir.
Bu yeniləmə ilə "WhatsApp" istifadəçilərinə daha fərdiləşdirilmiş və sosial mediaya bənzər təcrübə təqdim etməyi hədəfləyir.
Milli.Az