İdman

İspaniyada "Qarabağ"a qarşı təxribat: "Atletik" polisə müraciət etdi - FOTO

21 Oktyabr 2025 18:09
Baxış: 710
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qarabağ" futbol klubu İspaniyada xoşagəlməz halla qarşılaşıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının III turunda səfərdə İspaniya təmsilçisi "Atletik"lə qarşılaşacaq Ağdam təmsilçisi barədə Bilbao şəhərində təxribat xarakterli müxtəlif yazılar və simvollar yayılıb.

İspaniyada Qarabağa qarşı təxribat: Atletik polisə müraciət etdi

"Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev sorğumuza cavab olaraq bildirib ki, məsələ ilə bağlı dərhal "Atletik" klubunun rəhbərliyinə məlumat verilib, onlar isə məsələnin araşdırılması üçün yerli polis orqanlarına müraciət ediblər:

"Qarabağ" futbol klubu idman yarışlarının sülh, dostluq və hörmət prinsipləri üzərində qurulduğuna inanır və bu prinsipləri pozan hər hansı təxribatın yolverilməz olduğunu bildirir. Komandamız diqqətini yalnız qarşıdakı oyuna yönəldib və idman meydanında ölkəmizi layiqincə təmsil edəcək".

Qeyd edək ki, "Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.