Ölkə

Bakı metrosunda tüstülənmə - Sərnişinlər düşürüldü

5 Dekabr 2025 23:50
Baxış: 281
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı metropoliteninin "28 May" stansiyasında qatarların hərəkətində fasilə yaranıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, sərnişinlərin verdiyi məlumata görə, buna səbəb stansiyada hərəkət etmək istəyən qatarda tüstülənmənin baş verməsi olub.

Edilən anonsun ardından sərnişinlər vaqonlardan düşürülüblər.

Bildirilir ki, tüstülənmə yeni nəsil qatarda baş verib.

"Bakı Metropoliteni" QSC-dən məlumat verilib ki, saat 22:58-də qatarın idarəetmə panelində texniki nasazlıq qeydə alınıb:

"28 May" stansiyasında sərnişinlər düşürülüb və qatar "Nizami" stansiyasından texniki baxış üçün "Nərimanov" elektrik deposuna göndərilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.